AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ülvi Quliyevin təbliğat kampaniyası ruh yüksəkliyi ilə davam etməkdədir - FOTOLAR

  • + A
  • - A
  • 22-08-2024, 17:59

    Ülvi Quliyevin təbliğat kampaniyası ruh yüksəkliyi ilə davam etməkdədir - FOTOLAR


    Bakı, 22 avqust — Azadmedia.az


     
    Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərlə bağlı deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir. 125 seçki dairəsi üzrə 1052 namizəd deputat seçilmək üçün mübarizə aparır.

    VII çağırış Milli Məclisin deputatlığına namizəd Ülvi Quliyevin seçkiqabağı təbliğat-təşviqat kompaniyası çərçivəsində vətəndaşlarla görüşləri də yüksək səviyyədə davam edir.

    Belə ki, Deputat Qərargahından Azadmedia.az-a verilən məlumata görə, hər bir görüş zamanı
    15 saylı Yasamal rayon birinci seçki dairəsindən olan sakinlər Ülvi Quliyevi yüksək səviyyədə qarşılayırlar.

    Nəzərinizə çatdıraq ki, görüş sonrası ətraflı məlumatlar həm yazı və həm də videomateriallar şəklində namizədin öz səhifəsində paylaşılır.

    Bütün keçirilən görüşlərdə Ülvi Quliyevin VI Çağırış Milli Məclisdə fəaliyyəti dövründə həyata keçirdiyi işlər ilə bağlı geniş məlumatlarla yanaşı, namizədin haqqında və fəaliyyəti barədə dərc edilmiş materiallar rayon sakinlərinə paylanır.

    Xüsusilə qeyd edək ki, qazilərin və şəhid ailələrinin iştirakı ilə keçirilən görüşlərdə
    Ü.Quliyev seçicilərin etimadını qazanacağım halda əvvəlki illərdə olduğu kimi, 15 saylı Yasamal rayon birinci seçki dairəsində hər ay təşkil edilən qəbulların eyni zamanda sakinlər ilə ayrıca görüşlərin davam etdiriləcəyini vurğulayıb.

    Bütün bunlarla bərabər, Ü. Quliyev sosial media səhifəsində də geniş məlumatlar paylaşaraq vurğulayıb ki, “Seçicilərlə ev-ev, məhəllə-məhəllə görüşlərimiz davam edir. Komandamızın üzvləri çalışırlar ki, daha çox seçici ilə görüşüb hazırladığımız materialları onlara təqdim etsinlər. Bu işi seçki qanunvericiliyində nəzərdə tutulduğu kimi avqustun 31-dək hər gün davam etdirəcəyik.”

    Qeyd edək ki, ölkənin bütün ərazilərində seçkilərin keçirilməsi üçün 125 seçki dairəsi, dairə seçki komissiyası, 6 min 300-ə yaxın məntəqə seçki komissiyası yaradılıb.






















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR