AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

  • + A
  • - A
  • 3-09-2024, 18:10

    Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

    Şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun həyat yoldaşı Ofeliya Salmanovaya yüksək vəzifə verilib.

    Ofelya Salmanova, Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin layihələr üzrə meneceri vəzifəsinə təyin edilib.

    O.Salmanova 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat ixtisası üzrə bakalavr, 2001-2003-cü illərdə isə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin həndəsə ixtisası üzrə magistratura təhsili alıb.

    O, 2018-2021-ci illərdə müəllimlərin işə qəbulu imtahanı nəticəsi ilə Şəmkir rayonu Qaranüy kənd məktəbində riyaziyyat müəllimi, daha sonra isə Bakı Şəhəri üzrə Təhsil İdarəsində müxtəlif vəzifələrdə çalışıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR