AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gecənin ulduzları... - Fotolar

  • + A
  • - A
  • 12-09-2024, 12:29

    Gecənin ulduzları... - Fotolar

     

    Ötən gecə Elmontda “MTV Video Music Awards 2024” mükafatlandırma mərasimi keçirilib.

    Təntənəli şou zamanı bütün nominasiyalar üzrə qaliblər açıqlanıb.

    Belə ki, “İlin videosu” nominasiyasında “Fortnight” mahnısının klipinə görə Teylor Svift və Post Malone qalib gəlib.

    Sözügedən klip 4 ay ərzində 107 milyondan çox baxış toplayıb. Teylor Svift, həmçinin “Ən yaxşı pop ifaçı” nominasiyasında da qalib gəlib.

    “İlin mahnısı” üzrə qalib isə “Espresso” mahnısı ilə Sabina Carpenter, “Ən yaxşı yeni artist” Chappell Roan olub. O, tədbirdə “Good Luck, Babe!” mahnısını ifa edib.

    Bununla yanaşı, “Ən yaxşı hip-hop klip” nominasiyasında qalib “Houdini” klipi ilə Eminem olub.

    Mərasimə qatılan ulduzlar rəngarəng geyimləri ilə də diqqət çəkib.(“Qafqazinfo” )












     


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR