AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda “Türk dünyasında sürücülük təhsili” adlı beynəlxalq konfrans keçirilib - FOTOLAR

  • + A
  • - A
  • Dünən, 21:25

    Bakıda “Türk dünyasında sürücülük təhsili” adlı beynəlxalq konfrans keçirilib -


    Bakı, 15 oktyabr — Azadmedia.az


    Oktyabrın 15-də Bakıda Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin, Türkiyə Respublikası Sürücülük Təhsili İş Verənləri Həmkarlar İttifaqının, İstanbul Türkiyə-Azərbaycan Mədəniyyət Dərnəyinin təşkilatçılığı və Azərbaycan Müstəqil Nəqliyyatçılar İctimai Birliyinin dəstəyi ilə “Türk dünyasında sürücülük təhsili” adlı beynəlxalq konfrans keçirilib.

    Azadmedia.az xəbər verir ki, tədbirin əsas məqsədi türk dövlətlərinin bütün sahələrdə əməkdaşlığının inkişafında olduğu kimi, müasir dövrdə sürücülük təhsili sahəsində də qarşılıqlı iş birliyinin yaradılmasına kömək etmək, eləcə də sürücülük təhsili sahəsindəki dünya standartlarının öyrənilib tətbiq edilməsi, xüsusilə yeni nəsil elektrikli və ağıllı avtomobillərin idarə olunması ilə bağlı ortaq təhsil proqramının tətbiqi sahəsində əməkdaşlığın yaradılmasıdır.

    Belə ki, konfransda Azərbaycan-Şimali Kipr parlamentlərarası dostluq qrupunun rəhbəri Cavanşir Feyziyev, Türkiyənin keçmiş təhsil naziri, Türkiyə Böyük Millət Məclisinin təhsil komitəsinin sədri Mahmut Özər, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə-Kipr parlamentlərarası dostluq qrupunun rəhbəri Orxan Ərdəm, Şimali Kipr Türk Respublikası Nəqliyyat Nazirliyinin əməkdaşları və Azərbaycanda sürücülük təhsili sahəsində xidmət göstərən məktəblərin təmsilçiləri iştirak ediblər.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR