AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“For Azerbaijan” Xeyriyyə Təşkilatının “Azərbaycanda Psixoloji Reabilitasiya İmkanlarının Artırılması” (APRİA) layihəsinin yekunları çərçivəsində beynəlxalq sertifikatların təqdimat mərasimi keçirilib - FOTOLAR

  • + A
  • - A
  • Bu gün, 19:19

    “For Azerbaijan” Xeyriyyə Təşkilatının “Azərbaycanda Psixoloji Reabilitasiya İmkanlarının Artırılması” (APRİA) layihəsinin yekunları çərçivəsində beynəlxalq sertifikatların təqdimat mərasimi keçirilib -




    Bakı, 16oktyabr — Azadmedia.az


    ABŞ və Azərbaycanda qeydiyyatdan keçmiş For Azerbaijan Beynəlxalq təşkilatı Paşa Sığortanın maliyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda Psixoloji Reabilitasiya İmkanlarının Artırılması” (APRİA) layihəsinin yekunlarına dair tədbir təşkil edib.
    Tədbirdə Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyi, Səhiyyə nazirliyi, Təhsil nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,TƏBİB və digər aidiyatı dövlət qurumlarının və təşkilatlarının nümayəndələri iştirak ediblər.
    Tədbirdə Əmək və Əhalinin sosial müdafiəsi nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Monitorinq şöbəsinin rəhbəri Bəyalı Məmmədov, “For Azerbaijanın”nın İdarə Heyətinin üzvü Ülviyyə Zeynalova-Boçkin, PAŞA Sığorta Şirkətinin Marketinq və Korporativ
    kommunikasiyalar departamentinin rəhbəri Məruz Əzməmmədova çıxış ediblər. Onlar layihənin vacibliyini, Azərbaycanda ilk dəfə tətbiq olunan yeni müalicə növlərinin effektivliyini, layihə nəticələrinin dövlət və elmi dairələr tərəfindən tətbiqinin vacibliyini vurğulayıblar.
    Tədbirdə “For Azerbaijan” beynəlxalq xeyriyyə təşkilatının son 2 il ərzində həyata keçirdiyi APRİA layihəsi çərçivəsində görülmüş işlər barədə geniş məlumat verilib.
    Daha sonra KİT və YET müalicə metodikaları üzrə təlimləri uğurla başa vuran psixoloqlara beynəlxalq sertifikatlar təqdim edilib. Bu psixoloqlar Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyi, Səhiyyə nazirliyi və TƏBİB-in tabeli qurumlarında çalışan mütəxəssislərdi.

    Xatırladaq ki, APRİA layihəsinin ümumi məqsədi yeni reabilitasiya metodlarının tətbiqi ilə Azərbaycanda psixoloji reabilitasiya proseslərinin gücləndirilməsinə dəstək verməkdir. Bu məqsədlə Psixoloji travmaya məruz qalmış insanların psixi sağlamlıqlarının reabilitasiyası istiqamətində daha effektli inkişafa nail olmaq üçün dünyada bu sahədə aparıcı müalicə metodları araşdırılıb. Nəticədə ABŞ-da Post Travmatik Stress Pozuntusunun müalicəsində geniş istifadə olunan Koqnitiv İşlənmə Terapiyası (KİT) və Yazılı Ekspozisiya Terapiyası (YET) kimi 2 mühüm müalicə metodu üzrə Azərbaycanda yerli psixoloların hazırlanmasına başlanılıb.

    ABŞ-da xüsusi seçimlərdən sonra layihə iştirakçısı adını qazanan 40 yerli psixoloq üçün Amerikalı mütəxəssislərin iştirakı ilə tam təlim kursu təşkil edilib. 6 aylıq təlimləri uğurla başa vurmuş psixoloqlarımız beynəlxalq sertifikatlara layiq görülərək adları https://cptforptsd.com portalına daxil edilib. Təlimlərlə paralel olaraq 220-ə yaxın posttravmatik stress pozuntudan əziyyət çəkən qazi terapiayalara cəlb olunmuşdur. Müalicə kursunu tam bitirmiş 140 nəfərdə psixoloji simptomların sağalması, cəmiyətə integrasiyası, xəstəliyim simptomların azalması qeydə alınmışdır. Bütün nəticələr tədqiqat komandasının hesabatında qeyd olunub və beynəlxalq nəşrlər üçün 2 mühüm məqalə hazırlanıb.
    Layihə çərçivəsində nəşr edilmiş Denise M.Sloan və Brian P.Marx-ın müəllif olduqları “PTSP hallarında Yazılı Ekspozisiya Terapiyası” kitabı nəşr etdirilib. Hazırda bu kitab psixologiya tədris olunan ali məktəblərdə metodik vəsait kimi istifadə olunur. Digər bir kitab (PTSP hallarında Koqnitiv İşlənmə Terapiyası) isə yaxın zamanlarda işıq üzü görəcək.
    Bundan başqa yerli psixoloqlarımızın bir araya gəldikləri və Post Travmatik Stres Pozuntusu barədə geniş məlumatı və müalicə üsullarını özündə əks etdirən https://ptsp.az portalı istifadəyə verilib.
    Həmçinin, Koqnitiv İşlənmə Terapiyasında istifadə olunan Mobil Tətbiqin (CPT Coach) geniş ictimaiyyətə təqdim olunub.Tətbiq bu sahədə psixoloqlarla pasiyentlər arasında daha effektiv müalicə prosessinə dəstək verir.
    Layihə müddətində aparılan tədqiqat nəticələrinə əsasən hazırda yeni müalicə metodikaları PTSP müalicəsi üzrə klinik protokollara daxil edilməsi məqsədilə Səhiyyə nazirliyinin aidiyyatı qurumlarına göndərilib.
    2021-ci ildə ABŞ-da yaradılmış və Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş “For Azerbaijan” beynəlxalq xeyriyyə təşkilatı Azərbaycanda xeyriyyəçilik mədəniyyətinin inkişafı və bu sahədə yüksək standardların tətbiqindən ilham alaraq fəaliyyət göstərir.
    Təşkilat dünyanın müxtəlif dövlətlərində uğurlu karyera qurmuş həmvətənlərimizin Vətəndən kənarda həmrəylik simvolunu təcəssüm etdirən birlikdir.
    50-ə yaxın peşəkar mütəxəssisin (qurucu üzvlərin) birləşərək ərsəyə gətirdiyi “For Azerbaijanın” ölkəmizdə həssas ehtiyac qruplarına, xüsusilə də qazilərə və şəhid ailələrinə müxtəlif dövlət və özəl təşkilatlarla tərəfdaşlıq çərçivəsində təsirli, dayanıqlı və miqyaslanabilən dəstəyin göstərilməsinə yönəlik layihələr icra edir.
    “Yardım et, həyatlarda iz qoy” şüarı ilə yolunu davam etdirən “For Azerbaijan” cəmiyyətə töfhə vermək və gələcəyə miras qoymaq arzusunda olan fərdləri birləşdirir. https://forazerbaijan.org
    Təşkilat psixi sağlamlıq problemlərinə daha geniş psixososial dəstəyi, həmçinin qızlar üçün təhsili də əhatə edən səylərini genişləndirməyə davam edəcək.













    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR