Moldovada namizədlərdən heç biri səslərin 50 faizindən çoxunu toplaya bilmədiyi üçün seçkilər ikinci tura qalacaq.
Bunu Moldova Mərkəzi Seçki Komissiyasının sədri Angelika Karaman deyib.
"İlkin məlumatlar göstərir ki, 11 namizəddən heç biri seçkilərdə iştirak edən seçicilərin 50%-dən çox səsini toplaya bilməyib. Müvafiq olaraq, iki həftə ərzində seçkilərin ikinci turu təşkil olunacaq”, - Karaman bildirib.
Onun sözlərinə görə, seçkilərin ikinci turu noyabrın 3-də keçiriləcək.
Qeyd edək ki, səslərin 98,56 faizinin sayılmasından sonra Moldovanın hazırkı prezidenti Maya Sandu 42,07 faiz səslə liderdir. Onun rəqibi keçmiş baş prokuror Aleksandr Stoyanoqlo 26,27 faiz səs toplayıb. "Bizim Partiya"nın lideri Renato Usatıy 13,72% səslə ilk üçlüyü qapayır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.