Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"ndə Qarabağ bölgəsində abidələrin keçmişi və bugünkü vəziyyəti ilə bağlı fotoşəkillərin nümayişi olub - FOTOLAR
Bakı, 26 oktyabr — Azadmedia.az
Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin təşəbbüsü, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin dəstəyi ilə ümumtəhsil məktəblərində təşkil olunan Qarabağ bölgəsinin işğaldan azad olunmuş ərazilərindəki abidələrin keçmişi və bugünkü vəziyyəti ilə bağlı fotoşəkillərin nümayiş olunmasına start verilib.
Kompleksin mətbuat katibi Abutalib Turabovun
Azadmedia.az-a verdiyi məlumata görə, sərgidə bələdçilər tərəfindən həmin tarixi abidələr haqqında ətraflı məlumat verilir.
8 Noyab Zəfər Günü ərəfəsində keçirilən sərginin məqsədi mədəni irsimizin qorunması, Vətən müharibəsi sonrası Qarabağın yenidənqurma prosesinə gənclərin diqqətinin cəlb edilməsi, gənc nəsildə milli ruhun yüksəldilməsi və onların tarixi həqiqətlərlə tanış olmalarına vəsilə olmaqdır.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR