AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BMT-nin İnsan Hüquqları Komitəsi: Fransa Yeni Kaledoniyada etirazların qurbanlarına kompensasiya ödəməlidir

  • + A
  • - A
  • 8-11-2024, 12:54

    BMT-nin İnsan Hüquqları Komitəsi: Fransa Yeni Kaledoniyada etirazların qurbanlarına kompensasiya ödəməlidir

    BMT-nin İnsan Hüquqları Komitəsi Fransanı Yeni Kaledoniyada etirazçılara qarşı həddindən artıq güc tətbiq edənləri məsuliyyətə cəlb etməyə və Fransa hakimiyyətinin bu cür hərəkətlərinin qurbanlarına kompensasiya ödəməyə çağırıb.

    Bu barədə komitənin yaydığı bəyanatda deyilir.

    Qeyd olunub ki, Fransanın hüquq-mühafizə orqanlarının Yeni Kaledoniyada etirazlar zamanı həddindən artıq güc tətbiq etməsi nəticəsində bir neçə nəfər ölüb, yüzlərlə insan yaralanıb, onların arasında Kaledoniyanın yerli xalqı olan kanaklar da olub.

    "Komitə Yeni Kaledoniyada konstitusiya qanununa təklif olunan dəyişikliyə qarşı etirazların başladığı 2024-cü ilin may ayından bəri hüquq-mühafizə orqanları əməkdaşlarının həddindən artıq güc tətbiq etməsi və nəticədə bir neçə nəfərin ölməsi ilə əlaqədar dərindən narahatdır", - qurumdan bildirilib.

    BMT-də qeyd olunub ki, Fransa, həmçinin xarici miqrantların hüquqlarını pozur, onları İtaliya sərhədində məcburi şəkildə geri qaytarır və sığınacaq prosedurlarına çıxışını məhdudlaşdırır. Fransa hakimiyyəti bu cür hərəkətlərlə insanların həyatına laqeyd münasibət nümayiş etdirir.

    "Bundan başqa, komitə Fransanı miqrantları layiqli mənzillə təmin etmək səylərini gücləndirməyə və sərhəd bölgələrində, xüsusilə Fransa-Britaniya sərhədində və Mayotda sığınacaq axtaranlar və qeyri-qanuni miqrantlarla pis rəftara son qoymağa təkidlə çağırıb", - bəyanatda bildirilib.

    Sənəddə qeyd olunur ki, Fransa vətəndaşlarının dinc toplaşmaq hüququnun pozulmasından son dərəcə narahatlığını ifadə edən komitə nümayişçilərin özbaşına yoxlanılması və həbs edilməsi hallarının artdığını göstərib, həmçinin Fələstin xalqının dəstəklənməsi də daxil olmaqla nümayişlərin keçirilməsinə qoyulan qadağaların sayının artmasına diqqət çəkib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR