AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Rosgidromet": COP29-un təşkilatçıları tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün çox səy göstəriblər

  • + A
  • - A
  • Bu gün, 15:15

    "Rosgidromet": COP29-un təşkilatçıları tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün çox səy göstəriblər


    Bakıda COP29 iqlim dəyişikliyi konfransının təşkilatçıları tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün çox səy göstəriblər.

    Bunu "NEWS.ru"ya "Rosgidromet"in rəhbəri, COP29-da Rusiya nümayəndə heyəti rəhbərinin müavini İqor Şumakov bildirib.

    Onun sözlərinə görə, RF nümayəndələri forumda işləməkdən məmnundurlar və rahatlıq hiss edirlər.

    "Hər şey əladır. Qəbul edən tərəf, Azərbaycandan olan həmkarlarımız belə miqyaslı forumu təşkil etmək üçün əllərindən gələni ediblər. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bu forumda 70 min iştirakçı qeydiyyatdan keçib.

    Forumun ilk günlərində 80-dən çox prezident və hökumət başçısı tədbirdə iştirak edib. Ona görə də təşkilatçılıq ən yüksək səviyyədədir və biz burada işləməkdən çox məmnunuq və rahatıq", - deyə həmsöhbət qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR