AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sumqayıt Dövlət Universiteti və Oksford Universitetinin (Said Business School) təşkilatçılığı ilə “İqlimin İdarəolunması Məktəbi” keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 17-11-2024, 14:22

    Sumqayıt Dövlət Universiteti və Oksford Universitetinin (Said Business School) təşkilatçılığı ilə “İqlimin İdarəolunması Məktəbi” keçirilib -



    Bakı, 17 noyabr — Azadmedia.az


    Sumqayıt Dövlət Universiteti və Oksford Universitetinin (Said Business School) təşkilatçılığı ilə “İqlimin İdarəolunması Məktəbi” keçirilib.

    Oksford Universitetinin (Saïd Business School) dəstəyi ilə Sumqayıt Dövlət Universitetində “İqlimin İdarəolunması Məktəbi” təşkil olunub. Məktəbdə, ali təhsil müəssisələrinin və sənaye sektorunun davamlı inkişaf üzrə peşəkarları iştirak edib. İki gün davam edən idarəetmə məktəbində Oksford Universiteti (Saïd Business School), Burjeel Holdinq və “Earth Day Network” təşkilatlarının nümayəndələri iqlim dəyişikliyinin ekoloji, iqtisadi və sosial təsirləri istiqamətində təlimlər keçib. İqlim dəyişikliyinə əsaslanan strateji fəaliyyət imkanları, biznes planların hazırlanması, yaşıl təşkilatlar, iqlim dəyişikliyinin sağlamlıq üzərində təsirləri və digər müvafiq mövzularda müzakirə və vorkşoplar həyata keçirilib. Məktəbdə iştirak edən ali təhsil müəssisələrinin və sənaye sektorunun peşəkarlarına Sumqayıt Dövlət Universitetinin rektoru, dosent Rüfət Əzizov və Oksford Universitetinin (Saïd Business School) əməliyyatlar üzrə baş direktoru Manos Kapterian tərəfindən sertifikat təqdim olunub. Qeyd edək ki, məktəbin əsas məqsədi Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının mövzusuna uyğun olaraq ekoloji problemlərin həlli üçün innovativliyi təşviq etmək və iqlimin idarəolunmasında dayanıqlı yanaşmaları formalaşdırmaqdır.











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR