AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK

  • + A
  • - A
  • 23-11-2024, 16:03

    Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK

    Nazirlər Kabineti “Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi, vəsaitlərin hesablarda yerləşdirilməsi və idarə edilməsi, habelə hesabda yığılan vəsaitin idarə olunmasından əldə edilən gəlirlər də daxil olmaqla həmin vəsaitlərin ödənilməsi Qaydası”nı təsdiq edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərar 2024/2025-ci tədris ilindən başlayaraq Heydər Əliyev adına Hərbi İnstitutun bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna, Bakı Hərbi Kollecinə, Gəncə Hərbi Kollecinə, Naxçıvan Hərbi Kollecinə, Heydər Əliyev adına Hərbi Liseyə və Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunmuş və həmin müəssisələrdə təhsil alan kursantlara şamil edilir.

    Müdafiə Nazirliyi “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”də bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya uyğun dəyişikliklərin Maliyyə Nazirliyi ilə razılaşdırmaqla 10 gün müddətində həyata keçirilməsini təmin etməli, qərardan irəli gələn digər məsələləri həll etməlidir.

    İki qurum həm də Qərardan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

    Qərarda dəyişiklik ölkə Prezidentinin 6 oktyabr 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR