AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ

  • + A
  • - A
  • 28-11-2024, 15:50

    Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ


    Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    "Report"un məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hadisə şahidləri iştirak etməyiblər.

    Eləcə də tərəflər onların iştirakı olmadan prosesin keçirilməsinə etiraz etməyib.

    Prosesdə ittiham aktı elan edilib. Xalq artisti ittihama münasibət bildirərək özünü təqsirli bilməyib.

    O, prosesdə çıxışa hazır olmadığını deyib.

    "Bütün məsələ havada qalıb. Mən kömək istəyirəmsə, niyə söyüşlə istəməliyəm? Hazırda çıxışa hazır deyiləm. Ona görə də bu gün ifadə vermək istəmirəm", - Xalq artisti deyib.

    Məhkəmə prosesi dekabrın 3-ə kimi təxirə salınıb.

    Qeyd edək ki, Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva cinayət işində zərərçəkən qismində tanınıb.


    Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq,silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR