Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Maltaya işgüzar səfəri çərçivəsində III Avropa Azərbaycanşünaslıq Konfransında iştirak edib.
Bu barədə nazirlik rəsmi “X” hesabında məlumat yayıb.
Nazir COP29-a Azərbaycanın ev sahibliyi etməsi, nəticələri, eləcə də ölkənin enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar sahəsindəki təşəbbüsləri barədə çıxış edib.
C.Bayramov çıxışı zamanı münaqişədən sonrakı səylər və regional təhlükəsizlik vəziyyəti barədə də məlumat verib.
Nazir yekunda çoxsaylı sualları cavablandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.