AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tovuzda zəhərlənən tələbələr xəstəxanadan evə buraxılıblar

  • + A
  • - A
  • Bu gün, 08:59

    Tovuzda zəhərlənən tələbələr xəstəxanadan evə buraxılıblar

    Tovuzda tortdan zəhərlənən tələbələr xəstəxanadan evə buraxılıblar.

    "Report"un Qərb bürosunun məlumatına görə, Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin Kompüterlərin təmiri və xidməti üzrə texnik və Dərzi ixtisası qruplarının 8 tələbəsi zəhərlənmə diaqnozu ilə müalicə aldıqları xəstəxanadan evə buraxılıblar.

    Xatırladaq ki, bir qrup tələbə yaxınlıqda yerləşən marketdən tort alaraq, yeyiblər. Bir müddət sonra onların səhhətində problem yaranıb. Gənclər zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR