AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çeçenistanda qəzaya görə matəm elan olundu

  • + A
  • - A
  • Dünən, 20:00

    Çeçenistanda qəzaya görə matəm elan olundu

    AZAL-a məxsus Qroznıya uçan təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Çeçenistanda matəm elan olunub.

    Çeçenistan hakimiyyəti qəza ilə bağlı dekabrın 28-ni matəm günü elan edib. 

    Rusiya mətbuatı bu barədə respublika başçısı Ramzan Kadırovun sərəncamına istinadən xəbər yayıb.

    Qeyd edək ki, sözügedən təyyarənin qəzaya düşməsinə səbəb kimi Rusiya raketi göstərilir. Rəsmi Moskva isə faktı qəbul etməyə tələsmədiyini, yekun araşdırmanın nəticəsini gözlədiyini bildirib.

    Bundan öncə isə, Azərbaycan qəza ilə bağlı Çeçenistanın yardımlarını qəbul etməyib.(RİA Novosti)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR