AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“1000 bərəkət, halal nemət” kolbasasının əti nədən hazırlanır? - mediada iddialar...

  • + A
  • - A
  • 12-11-2018, 13:11

    “1000 bərəkət, halal nemət” kolbasasının əti nədən hazırlanır? - mediada iddialar...














    Yenigundem.az saytı maraqlı məqalə ilə çıxış edib

    Cahan.info məlumat verir ki, sayt “Səhliyalı” şirkətinin istehsal etdiyi məhsullar haqda yazıb.

    Saytın məlumatında bildirilir ki, şirkətin “1000 bərəkət, halal nemət” əmtəə nişanlı kolbasa və sosiska məhsulları qoca, südsüz inəklərin ətindən hazırlanır.

    Bəziləri halal adı altında satılır, lakin insanların çoxu üzərində halal yazılmış məhsulları almır.Çünki hər kəs bilir ki, ölkədə halal standartı üzrə məhsul istehsal olunmur.

    Çeşidlərin çoxluğu isə alıcılara kolbasa seçməkdə çətinlik yaradır.Çox zaman satıcının məsləhətinə qulaq asaraq kolbasa alırıq.Ümumiyyətlə, kolbasa istehsalı ciddi məsələlərdən biridir.

    Bu baxımdan da istehlakçılar kolbasa seçərkən diqqətli olmalıdırlar.Nəzərə alsaq ki, kolbasa ətdən və ət məhsullarından hazırlanır.Ona görə də kolbasanın qiyməti ətlə müqayisədə baha olmalıdır.

    Lakin satışda kifayət qədər ucuz kolbasalar da mövcuddur. Bu da vətəndaşlarda kolbasının keyfiyyətiylə bağlı şübhələr yaradır.

    Hələ 1970-ci ildən ictimaiyyətə məlumdur ki, onkoloji xəstəliklərin yaranmasının ən əsas səbəblərindən biri məhz kolbasadır. “Səhliyalı” firması kolbasa məhsullarını xaricdən gətirdikləri ətin əsasında hazırlayır.

    “Xaricdən gətirilən ətlər laboratoriyada yoxlanılmır. Ona görə də bu gün”Səhliyalı” firmasının istehsal etdiyi məhsulların keyfiyyətiylə bağlı kifayət qədər narazılıqlar mövcuddur”,- deyə sayt yazır.

    Xaricdən gətirilən ətin yoxlamadan keçməməsi isə bir sıra şübhələrin yaranmasına səbəb olur.Belə ki, ətin xəstə və ya sağlam olması məsələsini gündəmə gətirir.

    “Halal nemət min bərəkət” markası altında istehsal etdiyi məhsulların keyfiyyət göstəriciləri həddindən artıq aşağıdır.

    Cahan.info mediaya istinadla onu da xəbər verir ki, bir müddət əvvəl iyrənc fotonun üzə çıxması artıq kolbasa şirkətlərinə qətiyyən inanmamağa çağırırdı. Söhbət "Səhliyalı” şirkətinin "Halal nemət, 1000 bərəkət” markalı məhsulundan siçan nəcisi çıxmasından gedir.

    Bu haqda ilk olaraq cebhe.info şəkillər yayıb. Kəmalə Qasımova ad-soyadlı istehlakçı "Halal nemət, 1000 bərəkət”in "Manqalüstü” sosisinin içindən siçan nəcisi tapıb.

    "20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən "Araz” marketdən sosisi aldım, evə gəlib, yemək hazırlayanda, xoşagəlməz mənzərə ilə üzləşdim”, – deyə şikayətçi bildirib.

    K.Qasımova sosisin şəkillərini çəkərək, redaksiyaya təqdim edib. Fotolara baxan zaman efirdə gecə-gündüz reklamı gedən bu məhsulun keyfiyyəti və mənşəyi ilə bağlı ciddi şübhə yaranır.

    İnternetdə bu müəssisə ilə bağlı kiçik bir araşdırma aparan zaman "Səhliyalı” şirkətinin leş ətlərdən geninə-boluna istifadə etdiyi iddiası ilə rastlaşmaq olar.

    Hətta rəsmi "Yeni Azərbaycan” qəzeti də bu şirkətdən yazmışdı. Qəzetin yazdığına görə, «Halal Nemət, Min Bərəkət» ticarət nişanı ilə kolbasalar istehsal edən «Səhliyalı» müəssisəsi saxta məhsullar buraxır.

    Belə ki, məhsulların üzərində «Qafqaz Müsəlmanları İdarəsi təminat verir» ifadəsi QMİ-nin açıqlaması ilə ziddiyyət təşkil edir. Çünki QMİ-nin hallallıq zəmanəti verdiyi şirkət məhsullarının sırasında «Səhliyalı»nın adı yoxdur.

    Qəzetin yazdıqlarına görə, kolbasa üçün məhsullar hansısa ərəb ölkələrindən gətirilən dondurulmuş naməlum heyvan ətindən hazırlanır.

    Çəkilmişə farşa müxtəlif ədviyyatlar qatılır ki, donmuş ətin üfunəti hiss olunmasın.

    Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR