"DDLAR İNŞAAT" QSC və "İNŞAATÇI 3" MMC təsisçilərinə MÜSBƏT RƏY VERİLDİ
"DDLAR İNŞAAT" QSC və "İNŞAATÇI 3" MMC (bundan sonra Cəmiyyət) 31 dekabr 2024-cü il tarixinə maliyyə vəziyyətinə dair hesabatından, məcmu gəlirlərə dair hesabatından, kapitalda dəyişikliklər hesabatından və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına qeydlərdən ibarət maliyyə hesabatlarının auditi aparılıb.
Əlavə edilmiş maliyyə hesabatları hər iki Cəmiyyətin 31 dekabr 2024-cü il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirilməsi hesab edilib.
Audit Beynəlxalq audit standartlarına (BAS) uyğun Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən verilmiş İCAZƏ ilə fəaliyyət göstərən "ECONOMİK CHA" MMC-nin direktoru Cəfərova Sevda Teymur qızı tərəfindən aparılıb.
Qeyd: İdarə etməyə məsul şəxslər Cəmiyyətlərin maliyyə hesabatlarının təqdim etmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.
Azadmedia.az "DDLAR İNŞAAT" QSC və "İNŞAATÇI 3" MMC-nin təsisçilərinə verilən müsbət rəyi təqdim edir: