Layihə çərçivəsində uşaqların təhlükəsizliyi və hüquqlarının müdafiəsində sosial xidmətlərin rolu müzakirə olunub.
Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, “Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Uşaqların təhlükəsizliyi və hüquqlarının müdafiəsində sosial xidmətlərin rolu” layihəsini həyata keçirir. Layihənin əsas məqsədini uşaq hüquqlarının qorunması və təbliği işini həyata keçirməkdə sosial mütəxəssislərin rolunun gücləndirmək və müvafiq dövlət qürumları ilə müzakirələrin aparılması təşkl edir.
Layihə çərçivəsində Zaqatala rayon İcra Hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində dəyirmi masa keçirilmişdir. Dəyirmi masada sosial mütəxəsislərin rolunun gücləndirilməsi, uşaqların sosial mühitə inteqrasiya olunmasıın təşkilində və hüquqi, sosial-psixoloji dəstəyin həyata keçirilməsində sosial mütəxəssislərin rolu məsələləri müzakirə edilib. Tədbirdə 25 sosial - psixoloji xidmət göstərən mütəxəssis, müvafiq dövlət qürumlarının əməkdaşları iştirak edib.
Tədbiri Zaqatala UADM-in direktoru Cövhərət açaraq, qonaqları salamlamış, həyata keçirilən layihəni yüksək qiymətləndirərək, belə müzakirələrin keçirilməsinin xüsusi əhəmiyyətini qeyd etmişdir. Digər çıxış edənlər də həyata keçirilən layihənin işinə uğurlar arzulamış, uşaqların təhlükəsizliyi və hüquqlarının qorunmasında həyata keçirdikləri fəaliyyətlərdə bu kimi tədbirlərin vacibliyini və zəruriliyini qeyd ediblər.
“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri, layihə rəhbəri Zaur Quliyev layihənin məqsəd və vəzifələri, layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər haqqında geniş məlumat vermiş, müasir dünyada sosial mütəxəssislərin üzərinə də ciddi və məsuliyyətli bir vəzifənin düşdüyünü bildirib. Qeyd edilib ki, layihə çərçivəsində “Sosial xidmətlər- uşaqların təhlükəsizliyi və hüquqlarının müdafiəsində əsas amil kimi” mövzusunda dəyirmi masaların təşkil olunmasında əsas məqsədin bu sahədə bölgədə mövcud vəziyyətlə tanış olmaq, spesifik ehtiyacların müəyyən edilməsi üçün müzakirələrin təşkil olunmasından ibarətdir.
Digər çıxış edənlər uşaqların təhlükəsizliyi və hüquqlarının müdafiəsində görülən işlər haqqında məlumat vermiş, layihənin qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilməsinin vacibliyini vurğulamışlar.
Layihə üzrə ekspert, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov Sosial xidmətlər- uşaqların təhlükəsizliyi və hüquqlarının müdafiəsində əsas amil kimi, uşaqların təhlükəsizliyi və həssas kateqoriyadan olan uşaqlara sosial xidmətlərin göstərilməsinin gücləndirilməsinin vəziyyəti, yeni yanaşmalar mövzusunda təqdimat etmiş, çətin həyat şəraitində, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlara sosial xidmətlərin göstərilməsinin vəziyyəti: uğurlu təcrübələr, ehtiyaclar mövzusu ətrafında müzakirələr təşkil olunmuş, müvafiq təkliflər verilmişdir.
Tədbir iştirakçıları vacib və aktual layihəni dəstəklədikləri üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, layihənin uğurlu icrasına görə “Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyinə öz təşəkkürlərini bildirmiş, gələcəkdə belə layihələrin davam etdirilməsinin faydalı, maraqlı olmaqla bərabər, gələcəyimiz olan uşaqların təhlükəsiz, sosial-psoxoloji və emosional baxımdan sağlam böyüməsində mühüm rolu olduğunu ifadə etmişlər.
Sonda iştirakçılarla çay- kofe fasiləsi zamanı da müzakirələr davam etdirilmiş, xatirə fotoşəkili çəkilmişdir.
Fotolar