AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ALMANİYADA HƏRBİ HELİKOPTER QƏZAYA UĞRAYIB

  • + A
  • - A
  • Dünən, 08:34

    ALMANİYADA HƏRBİ HELİKOPTER QƏZAYA UĞRAYIB

    Almaniyanın Saksoniya federal əyalətində yerləşən Qrimma şəhəri yaxınlığında hərbi təlim zamanı Bundesverə məxsus helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində iki hərbi qulluqçu həlak olub, bir nəfər isə itkin düşmüş hesab olunur.

    Qəza yerində yaradılan təhlükəsizlik zonasına xüsusi təyinatlı xilasedicilər və hərbi təhqiqat qrupları cəlb olunub. Helikopterin qalıqları Mulde çayında aşkar edilib. Yanğınsöndürmə xidməti qəza nəticəsində çaya kerosin sızdığını və bu səbəbdən müdaxilənin çətinləşdiyini bildirib.

    Almaniyanın müdafiə naziri Boris Pistorius başsağlığı verərək qeyd edib ki, qəzanın səbəbləri araşdırılır və axtarış-xilasetmə tədbirləri davam etdirilir. Hadisə ilə bağlı cinayət işi açılıb, ilkin ehtimallar texniki nasazlıq üzərində cəmləşir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR