AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyənin ədliyyə naziri İmamoğlunun saxlanılması ilə bağlı danışıb

  • + A
  • - A
  • 19-03-2025, 17:14

    Türkiyənin ədliyyə naziri İmamoğlunun saxlanılması ilə bağlı danışıb

    İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu daxil olmaqla 106 nəfər cinayət məsuliyətinə cəlb olunub.

    Bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, aparılan iki araşdırma nəticəsində 106 nəfər barəsində həbs qətimkan tədbiri seçilib:

    "Terror cinayətləri bürosunun apardığı istintaqda, aralarında İstanbul Böyükşəhər Bələdiyyə Başçısı da daxil olmaqla 7 nəfər haqqında həbs qərarı var. Mütəşəkkil Cinayətkarlıq Bürosu tərəfindən daha bir araşdırma aparılır. Bu çərçivədə aralarında İstanbul Böyükşəhər Bələdiyyə Başçısı da daxil olmaqla 100 şübhəli haqqında həbs qərarı çıxarılıb. Şübhəlilərin rüşvətxorluq, tenderlərin saxtalaşdırılması, dələduzluq və şəxsi məlumatların əldə edilməsi cinayətlərini törətdikləri iddia edillir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR