AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Onların mülki odlu silah əldə etmək hüququ - Təsdiqləndi

  • + A
  • - A
  • 19-03-2025, 17:39

    Onların mülki odlu silah əldə etmək hüququ - Təsdiqləndi

    Azərbaycanda 21 yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ olacaq.

    Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Xidməti və mülki silah haqqında” Qanuna dəyişiklikdə əksini tapıb.

    İndiyə qədər qüvvədə olan qanuna əsasən, qanunun tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasında on səkkiz yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının (mülki silah əldə etmək hüququ var.

    Dəyişikliyə əsasən, Azərbaycan Respublikasında on səkkiz yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının odlu silah istisna olmaqla, mülki silah əldə etmək hüququ olacaq. Azərbaycan Respublikasında iyirmi bir yaşına çatmış vətəndaşlara isə mülki odlu silah əldə etmək hüququ verilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR