AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Bakıya yola düşüb

  • + A
  • - A
  • 15-04-2025, 11:10

    Gürcüstan Prezidenti Mixail Kavelaşvili Bakıya yola düşüb

    Gürcüstan Prezidenti Mixail Kavelaşvili rəsmi səfərlə Azərbaycana yola düşüb.

    Bu barədə Gürcüstanın Bakıdakı səfirliyi məlumat yayıb.

    Məlumata görə, bu, onun ilk xarici səfəri olacaq.

    Səfirlikdən bildirilib ki, səfər çərçivəsində yüksək səviyyəli görüşlər planlaşdırılır, ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.

    "Prezidentin ilk rəsmi xarici səfəri Gürcüstanın strateji tərəfdaşı və dost ölkəsi olan Azərbaycan Respublikasından başlayır. İkitərəfli əməkdaşlıq məsələləri, həmçinin regional təhlükəsizlik, hazırda ölkələr arasında həyata keçirilən mühüm iqtisadi layihələr müzakirə olunacaq", - Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib.

    Qeyd edək ki, M.Kavelaşvilinin Azərbaycana səfəri aprelin 16-da başa çatacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR