AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Ata-anasız Vətənə Atalıq Edən Şəhid” – Nurlan Əbilovun Əbədi Hekayəsi - Politoloq Ülkər Piriyeva - Özəl

  • + A
  • - A
  • 19-04-2024, 21:00

    “Ata-anasız Vətənə Atalıq Edən Şəhid” – Nurlan Əbilovun Əbədi Hekayəsi - Politoloq Ülkər Piriyeva -

    Politoloq Ülkər Piriyeva


    Bakı, 19 aprel — Azadmedia.az

    “Ata-anasız Vətənə Atalıq Edən Şəhid” – Nurlan Əbilovun Əbədi Hekayəsi

    Torpaq səssizdir, amma içində minlərlə səs yatır.
    Hər qarışında bir nəfəs,
    hər damlasında bir dua,
    hər daşında bir igidin izləri var.
    O izlərdən biri – Masallının Ağakişibəyli kəndindən çıxan
    bir oğulun – Nurlan Əbilovun – yoludur.

    O yol ki, başlanğıcı kəndin dar yollarında,
    sonu isə şəhidlik zirvəsində bitir.

    Uşaqlıq illəri torpaqla, günəşlə, yağışla keçdi Nurlanın.
    Anası Sədaqət və atası Fərrux onu sevgi ilə böyütdülər.
    O, bir dənə idi…
    Tək idi…
    Amma bu təkliyin içində böyük bir ürək daşıyırdı –
    elə bir ürək ki, bütün Vətəni sığdırmaq olurdu ora.

    Tale acı yazısını erkən çəkdi onun alnına.
    Əvvəl ata Fərrux getdi bu dünyadan…
    Sonra ana Sədaqət susdu əbədiyyətin qoynunda…
    Qaldı Nurlan –
    tək bir igid,
    tək bir oğul,
    tək bir Vətən əsgəri.

    Amma o heç zaman “yetim” olmadı –
    çünki Vətən anası oldu ona,
    bayraq atasının yeri oldu,
    torpaq isə yurd-yuvası!

    Nurlan elə tərbiyə almışdı ki, çiynində ağır bir məsuliyyət daşıyırdı.
    Əgər ana-ata sağ olsaydı,
    belə oğul böyütdükləri üçün sinələri fəxrlə qabarar,
    onun boyuna baxıb deyərdilər:
    “Biz bu dünyadan boş getmədik!”

    2020-ci ilin o müqəddəs payızı gəldi…
    Zəfər ruhu boy göstərdi Qarabağ səmasında.
    Və Nurlan – səssiz, təvazökar, qeyrətli bir əsgər –
    silaha sarıldı.
    Silahı – yalnız dəmir parçası deyildi,
    əslində o, ana yoxluğunda Allaha,
    ata yoxluğunda torpağa tutduğu duası idi!

    Cəbhədə onun mərdliyi dillər əzbəri idi.
    Dostları deyirdi:
    “Biz onun gözlərində qorxu görmədik,
    yalnız qərib bir sükut vardı –
    sanki hansısa sirr onun içində danışırdı…”

    Bəli… O sirr – şəhidliyin ona yazılmış alın yazısı idi…

    Və o gün gəldi –
    səma bir igidin ruhunu aldı,
    torpaq isə əllərini açıb qoynunu açdı…

    Nurlan şəhid oldu –
    valideynlərinin yanına,
    amma şəhidlik mərtəbəsi ilə getdi.

    İndi o, həm yetim oğul,
    həm də yüz minlərlə ana və atanın fəxri övladıdır!!!

    Ey bu torpağın oğulları,
    baxın Nurlanın hekayəsinə –
    baxın və anlayın:
    Valideynsiz böyüyən,
    amma bir millətə övladlıq edən bir igidin
    adıdır Nurlan!

    O, bir ailənin yox,
    bir xalqın himayəsinə verilmişdi sanki.
    Onun şəhidliyi –
    ana torpağın göz yaşları içində yazdığı səssiz şeir idi..

    Ağakişibəylidə indi Nurlanın adıyla nəfəs alan küçələr var.
    Qapı arxasında hələ də bir ana ətri var –
    Sədaqət ananın izləri,
    Fərrux atanın kölgəsi –
    indi yalnız dualarda yaşayır.

    Və bu duanın içində bir ad var: Nurlan
    Adı nur, ruhu vəfa,
    şəhidliyi isə əbədi zirvə!

    Sonsuz sayğı ilə…
    Şəhid Nurlanın ingilis dili müəllimi, həmyerlisi və qonşusu Politoloq/Jurnalist Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR