AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AMB iqlim dəyişikliklərinin inflyasiyaya təsrini qiymətləndirib

  • + A
  • - A
  • 30-04-2025, 16:14

    AMB iqlim dəyişikliklərinin inflyasiyaya təsrini qiymətləndirib

    Azərbaycanda iqlim dəyişikliyinin 2035-ci ilə qədər ümumi infilyasiyaya 0,5-1 faiz bəndi təsir edıcıyi gözlənilir.

    Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Dayanıqlı maliyyə hesabatı”nda bildirilir.

    Sənədə əsasən, hesabat dövrünə artan temperatur və iqlim risklərinin ölkədə ərzaq inflyasiyasına 1,5-2 faiz bəndi artırıcı təsir edəcəyi gözlənilir.

    AMB qeyd edib ki, iqlim dəyişiklikləri və yaşıl keçid prosesləri qlobal miqyasda yeni növ inflyasiya riskləri formalaşdırmaqdadır.

    Ötən il qurum iqlim dəyişiklikləri və yaşıl keçidin makroiqtisadi göstəricilərə, xüsusilə də monetar siyasətə təsirlərinin qiymətləndirilməsi istiqamətində kompleks araşdırmalar həyata keçirib. Bu istiqamətdə beynəlxalq təcrübələr təhlil olunub, qabaqcıl mərkəzi bankların strategiyaları öyrənilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR