AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gülyaz Məmmədova adına olan milyonluq obyektdən danışdı: “Olub-bitmiş məsələdir…”

  • + A
  • - A
  • 24-04-2019, 15:18

    Gülyaz Məmmədova adına olan milyonluq obyektdən danışdı: “Olub-bitmiş məsələdir…”














    Deputat Cavanşir Feyziyev sabiq deputat, “Quska” ləqəbi ilə tanınan Hüseyn Abdullayevin milyonlarla dəyəri olan əmlakını satın aldığı barədə məlumat vermişdik.

    Məlumatda bildirilir ki, həmin obyekti Cavanşir Feyziyevin adamlarının iştirakı ilə 3 nəfərin adına sənədləşdirilib. Maraqlıdır ki, həmin 3 nəfərdən biri müğənni Gülyaz Məmmədovadır.

    Məsələ ilə bağlı Musavat.com-un əməkdaşı müğənni ilə əlaqə saxlayıb. Müğənni obyekt aldığını təsdiqləyib: “Cavanşir Feyziyev bizim qohumumuzdur. Ona görə də jurnalistlər bu məsələdə bağlılıq axtarır. Hamı əmlak ala bilər, bəli, mən də əmlak almışam, amma özüm almışam və obyekt mənim adıma olub. Bu çoxdan olub-bitmiş məsələdir, kimsə qurdalayıb, ortalığa çıxardır. Məsləhət görürəm ki, açılıb-ağardılmasın. Ümumiyyətlə son vaxtlar sənətinə hörmət edən şəxslər barəsində başqa söhbətlər, məlumatlar dərc edirlər. İnsanlar boş qalmır. Müğənnilərdən nə istəyirlər?”.

    Müğənni “Quska” ləqəbli Hüseyn Abdullayevi tanımadığını da bildirdi: “Hüseyn kimdir? Mən ümumiyyətlə onu tanımıram”.

    Qeyd edək ki, sözügedən obyekt Bakının mərkəzində, Üzeyir Hacıbəyov küçəsindədir. 800 kvadrat metr sahəsi olan qeyri-yaşayış obyektinin qiyməti 10 milyon manata yaxın dəyərləndirilir. Tərəflər arasında alqı-satqı “Quska” həbs edilməzdən əvvəl – 2013-2014-cü illərdə həyata keçirildiyi bildirilir. Həmin zaman isə Hüseyn Abdullayev Almaniyada yaşayırdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR