AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Maliyyə Nazirliyi oktyabrda 5 depozit hərracı keçirib

  • + A
  • - A
  • Bu gün, 16:12

    Maliyyə Nazirliyi oktyabrda 5 depozit hərracı keçirib

    Bu ilin oktyabrında Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması, xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi məqsədilə 5 depozit hərracı keçirib.

    Hərraclarda ümumilikdə xəzinə hesabının 704 milyon manat məbləğində qalığı 28 və 56 gün müddətlərinə 6,5 % orta çəkili faiz dərəcəsi ilə ölkənin kommersiya banklarında müddətli depozitlərə yerləşdirilib.

    Xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi mexanizmi "Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları" ilə müəyyən olunur. Maliyyə Nazirliyi bu kimi alətlər vasitəsi ilə dövlət vəsaitlərinin idarə olunmasında yeni yanaşmaların tətbiqini genişləndirməklə dövlət büdcəsində əlavə daxilolmaların formalaşdırılmasını təmin edir. Eyni zamanda, vəsaitlərin kommersiya banklarında yerləşdirilməsi bank sektorunda likvidliyin artmasına töhfə verir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR