AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Həbsdə olan Baş redaktorun qardaşı Prezidentə müraciət etdi - Fərari icra başçısı bizi hədələyir

  • + A
  • - A
  • 18-04-2017, 14:16

    Həbsdə olan Baş redaktorun qardaşı Prezidentə müraciət etdi - Fərari icra başçısı bizi hədələyir















    Laçın rayonunun Şeylanlı kəndindən məcburi köçkün, həbsdə olan jurnalist Müqabil Baxışovun qardaşı İntiqam Baxışov rast olduqları haqsızlıqla bağlı ölkə başçısına müraciət edib

    Ulus.Az realliq.info-ya istinadən İntiqam Baxışovun müraciətini təqdim edir.

    “Cənab Prezident!

    4 il Azərbaycan Respublikasının ərazi butövlüyü uğrunda bütün cəbhə boyu ərazilərdə hərbi xidmətdə olmuşam. 4 ildə ac susuz, bit birənin içində soyuq səngərdə nə qədər çətinliklərin olmasına baxmayaraq, bir saatda olsun belə qulluq yerimi tərk etməmişəm. Həmin vaxtlar hərbi xidmətdən qorxub, gündüzlər kol-kosda gizlənən və hansısa yollarla həqiqi hərbi xidmətə yararsız olması barədə sənədlər əldə edib ordu sıralarından yayınıb fərarilik edən birinin bu gün bizə başçılıq etməsini görəndə 4 il çəkdiyim əzab əziyyətə görə özüm özümə nifrət edirəm. Axı bizim ailəmiz 5 əsgər yetişdirib və onlardan 2-si hərbi əlildir. Nədir günahımız?

    Cənab Prezident!

    Qardaşım Müqabil Baxışov Laçın rayon icra Hakimiyyəti başçısı Aqil Nəzərlinin həqiqi hərbi xidmətdə olmadığı barədə aidiyyati orqanlara məlumat verdiyi üçün, icra başçısının sifarişi əsasında şərlənərək həbs olunub. Qeyd etmək istəyirəm ki, Nəzərlilər ailəsindən 3 qardaşın heç biri h/xidmətdə olmayıblar.

    Həqiqəti dediyinə görə insanlar həbs olunursa, onlara qarşı iqtisadi sanksiyalar tətbiq olunursa, qəhrəman anaya verilən qızıl medalı satdırıb həbsxana yollarina xərclənirsə, 4 il səngərlərdə yatan keçmiş hərbiçi yüksək vəzifə tutanların fərari qardaşları tərəfindən hədələnib təhqir olunursa, deməli bu ölkədə yaşamağa dəyməz. Bu yazı dərc olunandan sonra həqiqətin şahidi olacaqsınızki, fərarilər şərti adlarla üstümə necə hücuma keçəcəklər.

    Odurki bizim ailəyə qarşi olan növbəti təhlükələri nəzərə alıb, bizim hər hansı bir olkəyə köçüb getməyimizə köməklik etməyinizi sizdən xahiş edirik.”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR