AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

«Xudaqulu Rzayev geniş əhatəli ictimaiyyət tərəfindən nüfuzlu iş adamı olmaqla yanaşı həm də əməlləri ilə yadda qalan bir xeyriyyəçidir - ÖZƏL

  • + A
  • - A
  • 25-04-2020, 00:19

    «Xudaqulu Rzayev geniş əhatəli ictimaiyyət tərəfindən nüfuzlu iş adamı olmaqla yanaşı həm də əməlləri ilə yadda qalan bir xeyriyyəçidir - ÖZƏL


    İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Xudaqulu Rzayevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

    Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, «Minera» şirkətlər qrupunun sahibi Xudaqulu Rzayevdir.

    Rzayev Xudaqulu Əhəd oğlu 1962-ci il yanvar ayının 30–da Ordubad rayonunun Behrud kəndində anadan olub. Kalinin adına Leninqrad Politexnik İnstitutunu və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

    Sankt-Peterburq şəhərində “Avrora” EİB-də usta, sonralar isə növbə rəisi, “20-ci paralel” müəssisəsində kommersiya direktoru işləyib. 1994-1996-cı illərdə “Şumer” firmasında kommersiya direktoru vəzifəsində çalışıb. 1996-cı ildə İlandağ-SA şirkətini, 2007-ci ildə “Baytaş-Bakı”, 2001-ci ildə Qaranti İnşaat, 2010-cu ildə “Dəniz” Bağça və 2011-ci ildə “Evrika” liseyi müəssisələrini təsis edib.

    2012-ci ildə firmaların çox illik fəaliyyətlərini ümumiləşdirərək yeni “Minera” MMC şirkətini təsis edib və təsisçisi olduğu digər təşkilatların fəaliyyətini“Minera” şirkətlər qrupu adı altında inkişaf etdirir.

    «Xudaqulu Rzayev geniş əhatəli ictimaiyyət tərəfindən nüfuzlu iş adamı olmaqla yanaşı həm də əməlləri ilə yadda qalan bir xeyriyyəçi kimi tanınmaqdadır. Onlarla faktlar Xudaqulu Rzayevin dövlətçiliyimizə sadiq, millətinə və xalqına vurğun olan böyük mənəvi dəyərlərə malik bir insan oldugunu sübut edir»-deyə X.Rzayevin təsisçisi və sahib olduğu «Minera» şirkətlər qrupunun rəsmi səhifəsində bildirilir.


    «Minera» Şirkətlər Qrupu tikinti materiallarının istehsalı və satışı, təmir-tikinti sahələrində fəaliyyət göstərir. Bakıdakı köhnə tikililərin bərpası, üzlənməsi və əsaslı təmiri işlərinin bir hissəsi ona tapşırılır. «Şirkətimizdə aparıcı mütəxəssislərin və işçi qrupunun fəaliyyət göstərməsi bizə bir sıra layihələrin birbaşa icra olunmasına və təhvil verilməsinə imkan yaradır. Məhz bunun nəticəsidir ki, böyük önəm kəsb edən bir sıra dövlət sifarişli layihələr birbaşa Minera Şirkətlər Qrupu tərəfindən həyata keçirilir.Minera Şirkətlər Qrupu yalnız tikinti sahəsində deyil eyni zamanda köhnə tikililərin yenidən bərpası, üzlənilməsi və əsaslı təmiri xidmətlərinidə həyata keçirir»-deyə şirətdən bildirilir.


    «Minera» şirkətlər qrupunun sahibi Xudaqulu Rzayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
    Şərəfli vəzifəyə yiyələnən Xudaqulu Rzayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Xudaqulu Rzayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

    Sorğu apardıq ağız dolusu Xudaqulu Rzayevdən danışdılar yaxşı ki, Xudaqulu Rzayev «Minera» şirkətlər qrupunun sahibidir… Xudaqulu Rzayev öz isguzarlığı ilə tanınır və seçilir….

    «Xudaqulu Rzayev geniş əhatəli ictimaiyyət tərəfindən nüfuzlu iş adamı olmaqla yanaşı həm də əməlləri ilə yadda qalan bir xeyriyyəçidir - ÖZƏL


    Xudaqulu Rzayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

    Heç bir qüvvə Xudaqulu Rzayevi heç vaxt əqidəsindən döndərə bilməz.

    Xudaqulu Rzayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

    Xudaqulu Rzayev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

    Xudaqulu Rzayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

    Xudaqulu Rzayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə inamını artırır!

    Xudaqulu Rzayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun «Minera» şirkətlər qrupunun sahibi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

    Ona etibar edilən bütün işlərdə Xudaqulu Rzayev özünü doğruldub. Bizdə hörmətli Xudaqulu Rzayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


    «Xudaqulu Rzayev geniş əhatəli ictimaiyyət tərəfindən nüfuzlu iş adamı olmaqla yanaşı həm də əməlləri ilə yadda qalan bir xeyriyyəçidir - ÖZƏL


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR