AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müəllimlərin işə çağırılması zamanı kimlərə güzəşt olunacaq? - RƏSMİ

  • + A
  • - A
  • 2-06-2020, 20:20

    Müəllimlərin işə çağırılması zamanı kimlərə güzəşt olunacaq? - RƏSMİ


    “Martın 2-dən ölkə ərazisində tədris dayandırılıb. Bu dayandırılma tədris ilinin sonuna qədər davam edir”.

    APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdirinin müavini, sektor müdiri Orxan Abbasov bildirib.

    Onun sözlərinə görə, hazırda məktəblərdə qiymətləndirmə prosesinin necə olacağı hamını maraqlandırır:

    “Mayın 22-də müvafiq təlimat məktubu hazırlanıb və bütün məktəblərə göndərilib. Burada daha çox məktəbdaxili qiymətləndirmənin necə aparılması qeyd edilib.

    Məktəbdaxili qiymətləndirmənin bütün siniflər üzrə hansı formada aparılması barədə dəqiq yazılıb. Bu zaman ikinci zərurət odur ki, məktəbə getmək necə olmalıdır? Şagirdlərin sinifdən sinfə keçməsi üçün qərar olmalıdır.

    Xüsusi karantin rejimi başa çatmadığına, kütləvi tədbirlər tövsiyə edilmədiyinə görə zərurət yarandı ki, təlimati məktub hazırlansın. Bu məktub tədris ilinin başa vurulması və zəruri tədbirlərlə bağlıdır. Burada bənd-bənd qeyd edilib.

    Birinci bənd ümumtəhsil müəssisələrində işçilərin işə çağırılması ilə bağlıdır. Öhdəsində yeddi yaşına qədər uşaqlara, yaşlılara və tibbi yardıma ehtiyacı olanlara qulluq edən şəxslərin işə gəlməsi istisna edilir.

    İkinci kateqoriya yaşı 65-dən yuxarı olan əməkdaşlardır. Bu kateqoriyadan olan şəxslər ən böyük risk qrupuna daxildir.

    Üçüncü kateqoriya Bakıda çalışan, başqa regionda yaşayan müəllimlərə aiddir. Yəni yaşadığı yerdən kənarda yaşayan müəllimlərə də güzəşt olunur”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR