AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səssiz hərəkət edir, 100-ə 2,1 litr yanacaq sərf edir - X5-İN YENİ VERSİYASI AZƏRBAYCANDA

  • + A
  • - A
  • 7-06-2020, 12:20

    Səssiz hərəkət edir, 100-ə 2,1 litr yanacaq sərf edir - X5-İN YENİ VERSİYASI AZƏRBAYCANDA

    (®️) Azərbaycanın "İmprotex Motors" şirkəti BMW Group ilə Azərbaycanda hibrid və tam elektrik avtomobillərinin təqdim edilməsi haqqında müqavilə bağlayıb. Müqaviləyə əsasən, atmosferi karbon qazı ilə çirkləndirməyən və demək olar ki, səssiz hərəkət edən elektromobillər artıq Azərbaycan bazarına daxil olublar.  

    TAM ELEKTRİKLİ BMW X5 xDrive45e-NİN SATIŞI BAŞLAYIB

    Artıq bu gün “Improtex Motors” şirkəti çox gözlənilən BMW X5 xDrive45e - tam elektrik rejimində sürmək imkanına malik olan yeni hibrid krossoverini təqdim edir.

    Tam ötürücülü BMW X5 xDrive45e 3 litrlik benzin mühərrikli “BMW EfficientDynamics”-dən ibarət olan 6 silindrli 210 kVt (286 at gücündə), həmçinin 83 kVt (113 at gücündə) “BMW eDrive” elektrik mühərriki ilə təchiz olunmuşdur. Ümumilikdə mühərriklər 290 kVt (394 at gücündə) 600 N⋅m maksimal fırlanma anına malikdirlər.  Ən son nəsil Steptronic 8 pilləli avtomatik ötürmə sistemi və BMW xDrive intelektual idarəetmə sistemi sayəsində tork bütün dörd təkərlərə ötürülür, həm elektrik enerjisi ilə işləyərkən həm də daxili yanma mühərriklərindən istifadə edərkən.

    Yeni BMW X5 xDrive45e-nin 100 km/saat sürətlənmə dinamikası 5,6 saniyədir, maksimal sürət isə 235 km/saatdır. Krossover elektrik rejimində  110-135 km/saat sürətlə hərəkət edə bilir.

    30 km/saat sürətə qədər elektrik ötürücüsü ilə hərəkət edərkən piyadaların akustik xəbərdarlıq sistemi ilə təchiz edilmiş BMW X5 xDrive45e onun yaxınlaşması barədə xəbərdarlıq edən xarakterik səs yayır.

    BMW X5 xDrive45e akkumulyatorunun ümumi tutumu 24 kVt təşkil edir, batareya 67-87 km səyahət ehtiyatını təmin edir. Akkumulyatorun 3,7 kvt gücündə olan cərəyandan doldurulması 6 saatdan az vaxt tələb edir.

    Qarışıq rejimdə yanacaq sərfi 2,1 l/100 km təşkil edir, bu zaman atmosferə 49 q/km karbon qazı atılır.

    Yüksək gərginlikli batareya elektrik mühərriki və güc elektronikası ilə yanaşı, BMW i avtomobillərinin yaradılması zamanı istifadə olunan BMW eDrive texnologiyasının əsas elementidir. 8 moduldan ibarət olan, hər birində 12 litium-ion hüceyrə olan yüksək gərginlikli batareyalar Dinqolfinqdə BMW zavodunda istehsal olunur.

    TEZLİKLƏ BMW i3- ÜN SATIŞI BAŞLAYACAQ

    BMW i3 təkcə dünyanın ən populyar elektrik avtomobillərindən biri deyil, eyni zamanda BMW-nin Avropadakı bütün elektrikli avtomobillərin istehsalı və satışında lider olmasına imkan verən BMW i-nin əsas modelidir.

    Tezliklə BMW həvəskarları ekoloji cəhətdən təmiz və futuristik avtomobili - BMW i3-i görə biləcəklər. Tam elektrik və hibrid mühərrikli avtomobilləri A. Salamzadə 33 ünvanda yerləşən “İmprotex Motors” salonunda (əlaqə: 050-207-17-60 / 050-207-17-80 / 050-207-17-90) və ya Ə. Əlizadə 5 ünvanında yerləşən “İmprotex Motors Exclusive” də (əlaqə: 050-250-17-70) sifariş edə bilərsiniz.

    Qeyd edək ki, BMW 4 il (və ya 200.000 km) tam zavod zəmanəti verən Azərbaycanda yeganə avtomobil brendidir. Əlavə olaraq BMW i markalı avtomobillərin batareyaları üçün 8 il (və ya 100 min km.), hibrid avtomobillərinin batareyaları üçün isə 6 il (və ya 100 min km) ayrıca zavod zəmanəti təqdim edilir.

    Qeyd edək ki,  “İmprotex Motors” şirkəti BMW, “Rolls-Royce Motor Cars”, “MINI”, “BMW i” və “YAMAHA” brendlərinin rəsmi idxalçısıdır. Hazırda, şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 3 sərgi-satış salonu və servis mərkəzi vardır. 

    Səssiz hərəkət edir, 100-ə 2,1 litr yanacaq sərf edir - X5-İN YENİ VERSİYASI AZƏRBAYCANDA
    Səssiz hərəkət edir, 100-ə 2,1 litr yanacaq sərf edir - X5-İN YENİ VERSİYASI AZƏRBAYCANDA
    Səssiz hərəkət edir, 100-ə 2,1 litr yanacaq sərf edir - X5-İN YENİ VERSİYASI AZƏRBAYCANDA
    Səssiz hərəkət edir, 100-ə 2,1 litr yanacaq sərf edir - X5-İN YENİ VERSİYASI AZƏRBAYCANDA
    Səssiz hərəkət edir, 100-ə 2,1 litr yanacaq sərf edir - X5-İN YENİ VERSİYASI AZƏRBAYCANDA
    Səssiz hərəkət edir, 100-ə 2,1 litr yanacaq sərf edir - X5-İN YENİ VERSİYASI AZƏRBAYCANDA
    Səssiz hərəkət edir, 100-ə 2,1 litr yanacaq sərf edir - X5-İN YENİ VERSİYASI AZƏRBAYCANDA


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR