AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tural Turandan şeirlər: "Gəlib qollarımda üşüdü payız..."

  • + A
  • - A
  • 7-06-2020, 13:00

    Tural Turandan şeirlər: "Gəlib qollarımda üşüdü payız..."

    Tanrı olmaq - özünə inanmaqdı,
    Tanrı olmaq - özünə aldanmaqdı...
    Tanrı olmaq - birinci özünü yaratmaqdı.
    Tanrı olmaq - təklikdən həzz almaqdı.
    Tanrı olmaq - bütün dillərdə başa düşməkdi...
    Tanrı olmaq - gücünü gücsüzlər üzərində sınamaqdı.
    Tanrı olmaq - qəlibə girməkdi...
    Tanrı olmaq - insan ömründə ölümsüzləşməkdi.
    Tanrı olmaq - tünd rənglərdən imtinadır.
    Tanrı olmaq - Son günə qədər yuxulamaqdı...
    Tanrı olmaq - erməniyə də insan kimi baxmaqdı.
    Tanrı olmaq - yaratmaqla
    məhv etmək arasındakı məsafədir...

    5.6.2008, Təbriz

    *

    Yenə də bətnində daş saxlamadı,
    yenə də bir uşaq düşürdü payız.
    Üşüməyə yer tapmadı gecələr,
    gəlib qollarımda üşüdü payız.

    Beşiyi yellənmir qaranlığın da...
    ...Ağarır taleyi qaralığında.
    Atılmış küçənin qaranlığında
    sanki işıq yerişidi bu payız.

    Bu yazı, bu kölgə, bu tanrı tanış.
    Danış öz siirini, ağrına danış...
    De ki, öz ölmündən hələ qopmamış,
    Laxlayan bir süd dişidi bu payız.

    2018

    *
    Boyuna vuruldum yaz yağışının,
    tökdü saçlarını dizimin üstə.
    Yenə göz yaşımın tutdu naxışı,
    öpdü bu yağış da gözümün üstən...

    Tozlu xatirəmin üstünə yağır.
    Süd dişi ağrısına
    dönür elə bil.
    Bir tozlu taleyin qəsdinə yağıb,
    Kölgəmin odunda
    sönür elə bil...

    Üzümdə, gözümdə çətirə dönüb.
    Bəlkə ilk sevgimdi, geriyə dönüb,
    kişmişi gülüşlə danır bu yağış...

    Tural Turan


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR