AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Polad Bülbüloğlunun susduğu erməni təxribatının ismarıcları - Pərdəarxası

  • + A
  • - A
  • 11-05-2017, 10:03

    Polad Bülbüloğlunun susduğu erməni təxribatının ismarıcları - Pərdəarxası

















    Moskvada hər il keçirilən ənənəvi "Ölməz alay" adlı aksiya zamanı erməni diasporu təxribata əl atıb

    Qarabağın qondarma bayrağını qaldırıblar, azərbaycanlılar buna etiraz ediblər, əvəzində keşik çəkən polis və xüsusi təyinatlı polis dəstələri erməniləri mühafizə altına alaraq azərbaycanlıların yürüşdə iştirakını ləngidiblər.

    Polad Bülbüloğlunun nəhayət ki, səsini eşitmək istərdik. Bəzən elə gəlir ki, o Rusiyada Azərbaycanı yox, özünü təmsil edir. O nə Rusiyada az qala qadağan olunan Ümumrusiya Azərbaycanlıların Konqresinin son durumuna aydınlıq gətirir.

    Səfir nə Dövlət Dumasında Xocalı soyqırımının tanınması məqsədilə imzatoplama kampaniyasına dəstək verir, nə də bu gün yürüşdəki təxribatla bağlı rusiyalı diplomatlara etirazını bildirir.

    Polad Bülbüloğlu YUNESCO-da sədr olub bizə nə xeyri dəyəcək? Əslində onu geri çağırmanın vaxtıdır. Moskvada çevik səfirə ehtiyacımız var. Azərbaycan hərb yolu ilə zəbt edilmiş torpaqlarının azad edilməsinə qalxmalıdır.

    Ən azı, 7 rayonunun boşaldılmasından başlamalıdır. Bunu indi etməsək, heç vaxt ərazi bütövlüyümüzü digər üsullarla bərpa edə bilməyəcəyik. Düşmən və havadarları, get-gedə daha da quduzlaşır. Rusiyada diplomatik korpusumuz, təcili sürətdə yenilənərək, gücləndirilməlidir.

    Ulus.Az xəbər verir ki, Polad Bülbüloğlu müğənni deyil. Azərbaycan xalqının görkəmli bir oğludu, görkəmli bəstəkarıdı və ictimai-siyasi xadimdi.

    Azərbaycanı dünyada tanıdan şəxsiyyətlərdəndir. Öz bəstələrinin də qeyri-adi ifaçısıdı. Azərbaycan mədəniyyətinin, xüsusilə də musiqimizin dünyada tanınmasında çox böyük xidmətləri var.

    Uzun illər Azərbaycanın mədəniyyət naziri olub. Mədəniyyətimizin inkişaf etdirilməsi və sərhədlərimizdən kənarda təbliği üçün öz şəxsi nüfuzundan da istifadə edərək əlindən gələni əsirgəməyib. Polad Bülbüloğlu Azərbaycanın pasportlarından biridi. Lakin Rusiya kimi ölkədə səfir fəaliyyəti ürəkaçan deyil.

    Heç kəsə sirr deyil ki, ermənilər Rusiyada, xüsusilə də Moskvada çox güclüdürlər. Rusiyada elə bir struktur yoxdur ki, ermənilər həmin strukturlarda ən mühüm, hətta ən yüksək postlarda oturmasınlar.

    Neçə illərdi Polad müəllim Rusiyanın göbəyində onlarla döşləşə bilir və çox vaxt da onları yerində oturda bilir. Qarabağ məsələsində də ən kəskin mövqedə dayanmasından da, ən kəskin çıxışlarından da hamımızın xəbəri var.

    Son bir neçə ayda Azərbaycanın xarici siyasi səhnədə həssas bir dönəmə girməsi aşkar şəkildə hiss olunmaqdadır. Bəzi beynəlxalq təşkilatıarın Azərbaycana və əsasən də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ikitərəfli, hətta çoxtərəfli mövqe tutması aydın şəkildə görünür.

    Belə bir şəraitdə xarici siyasətdə ciddi irəliləyişlər etmək üçün şübhəsiz, diaspora təşkilatlarının, səfirlik və konsulluqların fəaliyyətinə ciddi şəkildə nəzarət olunmalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR