Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə yeni vəzifə verilib.
K.Əliyev Baş DYP İdarəsinin rəis müavini, eyni zamanda, İmtahan Qeydiyyat idarəsinə rəis təyin olunub.
Xatırladaq ki, Qeydiyyat İmtahan İdarəsinin əvvəlki rəisi, polkovnik İlham Rəcəbov idi. O, bu ilin iyul ayında koronavirusdan rəhmətə getmişdi.
Qeyd edək ki, K.Əliyevə yeni vəzifə verilməsi xəbərini “BakuPost” yayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.