AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyan: Rusiya ilə əlaqələrimizi dərinləşdirəcəyik

  • + A
  • - A
  • Bu gün, 10:51

    Paşinyan: Rusiya ilə əlaqələrimizi dərinləşdirəcəyik

    Ermənistan Rusiya ilə münasibətləri dərinləşdirməyi planlaşdırır.

    Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “İzvestiya”ya açıqlamasında bildirib.

    Baş nazirin sözlərinə görə, Ermənistan balanslaşdırma siyasəti yürüdür və xarici əlaqələrini diversifikasiya etməyə çalışır.

    Paşinyan qeyd edib ki, Rusiya ilə münasibətlərdə dəyişikliklər baş verir. O bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh bərqərar olana qədər Moskva ilə əlaqələr əsasən təhlükəsizlik məsələlərinə yönəlib.

    “İndi onları transformasiya gözləyir”, - deyə Paşinyan vurğulayıb.

    O, Ermənistanın Rusiya ilə dostluq münasibətlərini transformasiya etməklə yanaşı, daha da dərinləşdirmək niyyətində olduğunu bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR