AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ayı hücumu məşqçinin ölümünə səbəb oldu

  • + A
  • - A
  • Bu gün, 15:29

    Ayı hücumu məşqçinin ölümünə səbəb oldu

    Rusiyanın Tıva şəhərində hokkey məşqçisi Aleksandr Kuzmenko ayı hücumu nəticəsində dünyasını dəyişib.

    Hadisə Böyük Yenisey çayının sahilində baş verib. Balıq tutan Kuzmenkoya ayı hücum edib. Məşqçinin dostları heyvanı uzaqlaşdıraraq ona yardım göstəriblər.

    Ağır xəsarət alan Kuzmenko helikopterlə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

    Məlumata görə, Aleksandr Kuzmenkonun oğlu Andrey Kuzmenko da hokkeyçidir və MHL-də çıxış edir.

    Qeyd olunur ki, son aylarda Rusiyanın müxtəlif bölgələrində ayı hücumlarının sayı artıb. Bu müddət ərzində belə hücumlar nəticəsində 15 nəfərin öldüyü bildirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR