Politoloq Seynur Əsgərli - " Türkiyə-Azərbaycan qardaşlığı əbədi və sarsılmazdır! " - Müsahibə
Azadmedia.az-a açıqlama verən, Politoloq Seynur Əsgərli, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri barədə, eyni zamanda, “Bu gün, güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Dünya birliyində də, şübhəsiz ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və bundan sonra da, bu belə olacaqdır” deyə bildirib.
Politoloq Seynur Əsgərli, “Ümumiyyətlə Türkiyə Azərbaycan dostluq və qardaşlıq əlaqələri tarixi, əsrlərə dayanır. Türkiyə-Azərbaycan münasibətləri çox ölçülüdür. Bu çoxölçülüliyin vacib cəhətlərindən biri ikitərəfli və çoxsaylı iqtisadi münasibətlərimizlə yanaşı, siyasi münaibətlərimizdir, eyni zamanda. Xüsusilə, düşmən işğalı altından azad edilmiş olan, Dağlıq Qarabağ torpaqları ilə əlaqədar olaraq da, qardaş Türkiyə həm mənəvi, həm də siyasi dəstəyilə əvvəldən sonadək yanımızda oldu və bu gün də Türkiyənin sülhməramlıları işğaldan azad edilmiş torpaqlarımızdadır. Bu və ya digər halda, istənilən anda, Türkiyə hər zaman yanımızda olduğunu bütün dünyaya bəyan elədi. Bir nüansa da diqqət çəkmək istəyirəm ki, Türkiyə təkcə qardaşlığa görə deyil, eyni zamanda haqqın, haqlının yanında oldu. Belə ki, Zəfər qazandığımız bu müharibə prosesində də, qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, 83 milyonluq Türkiyə xalqı əsl, qardaşlıq nümunəsi sərgilədi, bütün dünyaya.. Türkiyə-Azərbaycan qardaşlığı əbədi və sarsılmazdır” deyib.
Politoloq, “Bəli, əsrlərə dayanan Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri hər bir müstəvidə daha da möhkəmləndi. Bu gün, ölkələrimiz arasında əlaqələrin inkişaf səviyyəsi, regional inkişafa əhəmiyyətli töhfələr verdi və verəcəkdir..
Dövlətlərimiz arasında, ikitərəfli qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan tarixi dostluq əlaqələrimiz, geosiyasi səviyyədə, hər iki dövlətin istər siyasi, sosial-iqtisadi və istərsə də hərb sahəsində möhkəmləndiyini bir daha dünyaya göstərdi, bununla yanaşı, Azərbaycan və Türkiyənin bugünki mövqeyi onların qüdrətli və söz sahibi ölkələr olduğunun göstəricisidir. Əslində, xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı möhkəm bağlara malik olması, hər iki ölkəni həmişə bir-birinə doğmalaşdırıb, sevincli, kədərli günlərdə bir-birilərinin yanında edib, elə Azərbaycan Ordusunun Qarabağ zəfərini 44 günlük Tarix salnaməsinə yazarkən qardaş Türkiyənin mənəvi və siyasi dəstəyinin hər an, yanımızda olduğu kimi. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi, Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər, bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq, daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Ki, bütün bunları bu yaxınlarda beynəlxalq aləm bir daha görmüş oldu” deyə bildirib.
Son olaraq, politoloq Seynur Əsgərli, “Ölkələrimiz arasında əlaqələrin belə yüksək səviyyədə tərəqqisi təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir və bundan sonra da, verəcəkdir. Birmənalı olaraq, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz, Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı belə demişdir: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk".
Bu gün, güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Dünya birliyində də, şübhəsiz ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və bundan sonra da, bu belə olacaqdır” söyləyib.
Yaşasın, Azərbaycan – Türkiyə qardaşlığı!
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR