AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nurəddin Ədiloğlunun kitabı Ankarada nəşr olunub

  • + A
  • - A
  • 23-12-2020, 18:02




    Yazıçı-publisist Nurəddin Ədiloğlunun “Vatan Pervaneleri” povest və hekayələr kitabı bu günlərdə Ankara şəhərində “Gülnar” yayın evində işıq üzü görüb. Kitabı Türkiyə türkcəsinə şair Gülsüm Gülməz, Tunay Dərəcək və dr. Hüseyn Dərəcək Soytürk çevirmişdir.

    Kitaba müəllifin son illərdə vətənpərvərlik mövzusunda qələmə aldığı “Bumeranq” povesti, “Qəhrəman”, “Vətən pərvanələri” hekayələri ilə yanaşı, “Bəyaz gecələr”, “Brejnevə məktub”, “Günah” “Yaralı qu quşları”, “Nelli” və başqa bədii-sənədli nəsr nümunələri daxil edilmişdir.

    Xatırladaq ki, “ Vətən pərvanələri” kitabı Nurəddin Ədiloğlunun bu il ölkəmizdən kənarda nəşr olunun ikinci kitabıdır. Bundan əvvəl Təbrizdə “Aydın” nəşriyyatı müəllifin “Adəm və Həvva” kitabını Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza fars əlfbası ilə türk dilində təqdim etmişdir.

    Onu da qeyd edək ki, Ankarada fəaliyyət göstərən “Gülnar” yayın evi yeni il və Dünya Azərbaycanlılarının həmrəylik günü ərəfəsində Azərbaycanın xalq şairi Nərman Həsənzadənin “Sen bağışladın” seçilmiş şeirlər toplusunu, professor Qulu Məhərrəmlinin “Radyo Tyatro Sanatı” kitabını və şair-dramaturq Ramiz Abdullayevin “Ögretmen ve 99 kardeş” pyesinin kitab variantını qardaş Türkiyə kitabsevərlərinin ixtiyarına vermişdir.

    Zamin Məmmədov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR