AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türk dünyasının ağsaqqalının kitabı dilimizdə çapa hazırlanır

  • + A
  • - A
  • 6-07-2020, 21:20

    Türk dünyasının ağsaqqalının kitabı dilimizdə çapa hazırlanır

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin 80 illiyi münasibətilə “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır.

    Kult.az xəbər verir ki, nəşrdə Nursultan Nazarbayevin müxtəlif tədbir və konfranslardakı çıxışlarında, məqalələrində və müxtəlif illərdə çap olunan kitablarında yer almış fikirləri və düşüncələri toplanıb. Fərqli mövzuları əhatə edən fikirlərində o, dövlət xadimi və siyasətçi kimi, fəlsəfi görüşlərini ortaya qoyaraq geniş panoramda Qazaxıstanın tarixi və müasir portretini yaradıb.

    Qeyd edək ki, Nursultan Nazarbayevin “Tuğan elim- Tiregim” (2001), “Özümün bilgilərim” (2003), “Düşüncələrimi xalqımla bölüşürəm” (2007) kitabları da oxucular tərəfindən böyük maraqla qarşılanıb. “Zaman və düşüncələr” kitabı da həmin əsərlərin məntiqi davamıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR