AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq Ülkər Piriyeva - "Dostlar atəş kimidirlər, azı nemət, çoxu fəlakətdir" - Özəl

  • + A
  • - A
  • 29-12-2020, 06:52

    Politoloq Ülkər Piriyeva - "Dostlar atəş kimidirlər, azı nemət, çoxu fəlakətdir" - Özəl

    Bu həyatda dostluq nəyə xidmət edir? Əksər hallarda, ağılları qarışdıran və hər kəsin ayrı-ayrı düşünüb eyni cümlə ilə cavab verdiyi həyatımızın ən ağır və ağrılı suallarından biri də məhz budur...

    Kim bilir, bəlkə də dostluq Platon və Aristotelin qeyd etdiyi və müdafiə etdiyi oxşarlıqlara, təkamülçü bioloqların müdafiə etdiyi qarşılıq prinsipinə deyil, eləcə “nüfuzun, etibarın qorunmasına” əsaslanır.
    Kiminə görə isə, dostluqlar gələcəkdə baş verə biləcək hallara qarşı əvvəlcədən dəstək vermək üçün istifadə olunan strateji bir mexanizm kimi fəaliyyət göstərə bilər. Mütəxəssislər, insanların iştirak etdiyi münaqişələrdə qalib gələn tərəfin əlbəttə ki, güc və ya bacarıqdan çox tərəfdar sayı ilə əlaqəli olduğunu söyləyirlər. Başqa sözlə desək, dostluqların şəxsi maraqlara əsaslanmadığı barədə verilən və deyilən böyük açıqlamalar bir az söz olaraq qalır deməkdir.

    Vaxtilə, Platon da oxşarlıqlar dostluqlar yaradır demişdi. Lakin çox keçmədən, Aristotel də oxşar bir şərh etmişdi: Özümüzə bənzəyənləri sevdiyimiz hallar dostluqlar yaradır.
    Bəzən də, düşüncələri və zövqləri paylaşmaqda inkişaf edən dostluqlar instinktiv görünür; ancaq bu aldadıcıdır. Çox dostluq ailə üzvləri və həyat yoldaşları xaricində inkişaf edir. Yəni dostluq genetika ilə və ya nəslin davam etdirilməsi məqsədi ilə izah edilə bilməz. Əksinə, təkamülçü bioloqlar dostluğu qarşılıqlı fayda üzərində qururlar. Məsələn, sən məni yubileyinə dəvət edirsənsə, mən də səni edərəm..

    Yaxşı, sual olunur – Bəs niyə bir dosta ehtiyacın var..
    Bu suala ən aydın cavab xoşbəxtlikdir. Xoşbəxtlikdən danışarkən dostlara ehtiyacınız var. Həyatınızda "əsl dostum" dediyiniz hər bir insan üçün minnətdar olmalısınız. Çünki insanların həyatına təsiri düşündüyünüzdən çox olur.
    Sössüz, dostlarınız həyatınızın istiqamətini müəyyənləşdirmir, ancaq bunu müəyyənləşdirməyinizə kömək edirlər. Öz həyatınızı təkcə özünüzün formalaşdırdığını düşünməməlisiniz. Keçmişdəki dostların və bu günün dostlarının da bu həyat yolunuzu formalaşdırmanızda birmənalı olaraq payları vardır.

    Bəs, dostluq niyə bu qədər vacibdir?
    Təbii ki, dostluğun nə üçün vacib olduğunu hamı gözəl bilir. Dostlarınızla həyatımız daha maraqlı və güclü olur, elə deyilmi. Üstəlik, dostlarınız sayəsində həyatınızı yaxşılaşdırmaq üçün müxtəlif fürsətlərə sahib ola bilərsiz.
    Elə bəlkə də, paylaşma, ilham vermə, motivasiya etmə, öyrənmə və öyrətmə qabiliyyətinə sahib olmağımızın yeganə yolu dostlarımızın olmasıdır. Dostlarımızı yaxınlığına görə də, fərqli qiymətləndirmək mümkündür.

    Dostlarım mənə etibarla kömək edə bilərmi?

    Hər biriniz həyatınızın bir çox sahələrində etibar*inam problemi ilə qarşılaşa bilərsiniz. Bunlardan ən təsir edici özünə inamdır. Dostlarınız, motivasiya mövzusunda kömək edərək sizə dəyər verildiyinizi hiss etdirərək bu etibarı qazanmaqda əhəmiyyətli bir rol oynaya bilər, həyatınızda.
    Hər kəs sevilməyi və diqqət çəkməyi sevir. Həyatınızda düşüncələrinə hörmət edən və onları dəyərli hesab edən insanların olması çox xoşbəxt edir, insanı. Özünüzə inam yaratmaq üçün buna ehtiyacınız olacaq. Dostlarınız özünüzə olan inamla yanaşı özünüzə olan hörmətinizi gücləndirmək üçün sizə dəstək ola bilər.

    Çox dostun olması yaxşıdırmı?
    Hansı birinin daha etibarlı olduğunu müəyyənləşdirmək əlbətdə çox çətindir. Ancaq perspektivi dəyişdirərək bu çətinliyin öhdəsindən gəlmək də, mümkündür. Çox və ya az dost yox, yaxşı dostlara sahib olmağa çalışmalısan.
    Həyatınız "daha az həqiqi" bir dostunuz olanda daha yaxşı olacaq. Bir çox dost demək çox vaxtın dağıldığı və eyni zamanda imkanlarına meydan oxuduğu deməkdir.

    Yaxşı bir dostu müəyyənləşdirən amillər..
    Bu son dərəcə subyektiv bir vəziyyətdir. Nə istədiyinizi və dostlarınızdan nə gözlədiyinizi bilməlisiniz. Buna görə dəyərlər ümumiyyətlə adama görə dəyişir. Bununla birlikdə, bir insanın yaxşı bir dost olduğunu müəyyənləşdirmək üçün diqqət yetirməli olduğunuz bir neçə xüsusiyyət var.
    Özünün əvəzinə başqalarını düşünürsə;
    Bacardığından artıq bir şeylər etməyi düşünürsə;
    Həyata həvəslidirsə və bunu öz ətrafında əks etdirirsə;
    Düşüncəsi və hərəkəti bir-birini tamamlayırsa;
    Əgər sənə dəstək olmaq üçün əlindən gələni edirsə;
    Fikirlərinizə təsir edə bilərsə;
    Atacağınız addımlarda bir addım olmağı qəbul edirsinizsə,
    O, izdihamda asanlıqla fərq edilə bilərsə;
    Komanda işinə meyllidirlərsə;
    Həyatınızdakı digər insanlardan fərqli olarsa;

    Bunlardan hansı sizin üçün mənalıdır, dostlarınızı nəzərə alaraq qiymətləndirirsiniz. Bunlar hamısı insan xüsusiyyətlərinə kök salmış dəyərlərdir.
    Sən onlar üçün nə demək olduğunu özün bilirsən.
    Vaxt keçirdiyiniz dostların hansı vəziyyətdə nə edəcəyini çox yaxşı bilirsiniz. Eyni şey onlar üçün də keçərlidir. "Təqaüddə olan hər kəsin bir rolu var və hər kəs bu rolu necə başa vuracağını yaxşı bilir." Bu həqiqi dostlar arasında çox güclü bir sinerjidir.
    İnsan xüsusiyyətlərinə kök salmış dəyərlər.. Bu sinerji yanan atəşə bənzəyir.. Doğru yanaşılaraq düzgün qiymətləndirilməli və vaxtında dəyərləndirilməli.


    Politoloq Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR