AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq Ülkər Piriyeva – “Bakı-Tbilisi-Qars” dəmir yolunun sosial-iqtisadi, strateji əhəmiyyəti

  • + A
  • - A
  • 16-11-2020, 00:22

    Politoloq Ülkər Piriyeva – “Bakı-Tbilisi-Qars” dəmir yolunun sosial-iqtisadi, strateji əhəmiyyəti
    Politoloq Ülkər Piriyeva

    Politoloq Ülkər Piriyeva, AzadMedia.az - da “Bakı-Tbilisi-Qars” dəmir yolunun tarixi əhəmiyyəti barədə danışıb.
    Dünyanın 100 böyük layihəsi siyahısına daxil olan, müstəqillik tariximizin möhtəşəm layihələrindən biri Bakı-Tbilisi-Qars layihəsi..

    Böyük tarixi əhəmiyyətə malik olan Bakı-Tbilisi-Qars dəmir yolu, əlverişli və olduqca strateji bir layihə idi. Belə ki, bu gün, Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiyayla birləşdirən ən qısa və etibarlı yoldur.

    Hər birimizə məlumdur ki, dövlətimiz nəqliyyat sektoruna çox böyük önəm verir. Eyni zamanda, Azərbaycanda bu sahəyə çox yüksək sərmayə qoyulur. Bunların sırasında, əsaslı layihələrdən biri olan, Bakı-Tbilisi-Qars qlobal layihədir. Bu layihə ölkələri bir-birinə daha yaxın elədi. Bu layihənin həyata keçirilməsi ancaq Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri hesabına mümkün oldu. Öz növbəsində, dövlətimiz hər zaman olduğu kimi, heç bir yerdən istər yardım, istərsə də, kredit almadan, öz daxili imkanlarının hesabına bu yolu tikib istifadəyə verdi.

    Qeyd edək ki, bu yolun uzunluğu təxminən 850 kilometrdir, həmçinin onun ən böyük hissəsi 504 kilometri məhz, Azərbaycan ərazisindən keçir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulmuşdu. Bəli bu gün, Bakı-Tbilisi-Qars dəmir yolu, Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsidir, artıq. Əlbəttə ki, bu yolun fəaliyyəti nəticəsində, yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaqdı. Eyni zamanda, bu yoldan istifadə edən ölkələr arasındakı əməkdaşlıq dərinləşməklə yanaşı, bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək və bu yolun istifadəsi zamanı, turizmin inkişafı da geniş vüsət alacaqdı. Təbii ki, bu nəzərdə tutulduğu kimi, gözəl töhvələr verdi. Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artırmaqla bərabər, bizim üçün əlavə imkanlar yaratdı.
    Bir sözlə, böyük Avrasiya məkanı üçün yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti, qədim İpək Yolunun polad magistrallar üzərində bərpası idi..
    Xatırladaq ki, Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsində, iqtisadi qüdrətinin artırılmasında, mühüm strateji amillərdən biri olan Bakı-Tbilisi-Qars layihəsinin təməlində, Azərbaycan, Gürcüstan və Türkiyənin sarsılmaz dostluğu və qardaşlığı dayanmaqdadır.

    Onu da qeyd etməliyəm ki, bu sadəcə, bir dəmiryolu layihəsi deyildi, eyni zamanda, tarixi ipək yolunu təkrar canlandırma, bölgə ölkələriylə iqtisadi, ictimai və mədəni əlaqələrin möhkəmləndirmə layihəsi idi. Türkiyə-Gürcüstan-Azərbaycan üzərindən Orta Asiya və Uzaq Şərq arasında dəmiryolu ilə sabit yük və sərnişin daşımaları təmin edildi. Qısacası, nümunəvi etibarlı iqtisadi daşıma modeli olan bu yol, Avrasiya bölgəsindəki ölkələrin ticarət həcmlərinin artmasına və zənginləşməsinə yardım etmiş oldu.

    Müasir dövrdə, bölgələrin iqtisadi inkişafını dəstəkləyən bu cür layihələrin nəticəsi, onu deməyə əsas verir ki, belə layihələr, xalqlar arasındakı bağların gücləndirilməsində, ölkələrin rifahı və sabitliyi üçün möhkəm təməllərin qurulmasında mühüm rol oynayır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR