AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq Ülkər Piriyeva - "Erməni Lobi dairələri dəstəyi ilə, Azərbaycana qarşı “Hibrid müharibə” tendensiyası davam edir"

  • + A
  • - A
  • 25-10-2020, 08:02

    Politoloq Ülkər Piriyeva - "Erməni Lobi dairələri dəstəyi ilə, Azərbaycana qarşı “Hibrid müharibə” tendensiyası davam edir"



    Politoloq Ülkər Piriyeva AzadMedia.az-a açıqlamasında, "Erməni Lobi dairələri dəstəyi ilə, Azərbaycana qarşı “Hibrid müharibə” tendensiyası davam edir" deyə qeyd edib.

    Bu gün, ənənəvi və onlayn media ilə bərabər, həmçinin sosial şəbəkələr vasitəsilə saxta xəbərlər, dezinformasiyanın yayılması və təbliğat fəaliyyətinin həyata keçirilməsi ifadə azadlığını ciddi şəkildə pozur.
    Eyni zamanda, ideoloji təcavüz, informasiya müharibəsi və ya hibrid müharibə kimi fəaliyyətlər beynəlxalq sülh və təhlükəsizlik üçün, ciddi təhdid yaradır.

    SSRİ-nin dağılması dövründə və müstəqilliyinin ilk illərindən Azərbaycan Ermənistanın yürütdüyü informasiya təcavüzü və informasiya müharibəsi ilə üzləşib. Belə ki, Ermənistan BMT nizamnaməsinə zidd olaraq, gücdən istifadə etməklə, Azərbaycana qarşı hərbi təcavüzü və işğalı, işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlıya qarşı törətdiyi qanlı etnik təmizləməni gizlətmək üçün informasiya müharibəsi, təbliğat və dezinformasiya əməllərinə əl atıb. Erməni lobbi dairələrinin dəstəyi ilə, bu tendensiya hibrid müharibə formasında bu gün də Azərbaycana qarşı davam etməkdədir.
    Qeyd edim ki, Azərbaycan dövləti, beynəlxalq media nümayəndələrinin informasiya əldə etmək hüququna hörmətlə yanaşır.

    Lakin, Ermənistan beynəlxalq media nümayəndələrini çaşdıraraq müxtəlif bəhanələrlə, onları Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərə sövq edir. Əslində, bu kimi səfərlər, etik və obyektiv jurnalistika prinsiplərinə zidd hərəkətdir. Ve bunlar Ermənistan tərəfindən, təbliğat məqsədilə istifadə olunur.

    Ancaq belə bir halda, xüsusilə, münaqişə zonalarında fəaliyyət zamanı, dövlətlərin akkreditasiya qaydalarına, sərhəd keçid rejimlərinə, qanunlarına və ərazi bütövlüyünə hörmətlə yanaşılmalı, həmçinin münaqişəyə birtərəfli və qeyri-obyektiv yanaşma olmamalıdır.
    Bu kimi təbliğat və dezinformasiya əməllərinə qarşı mübarizədə, Azərbaycan dövləti, media plüralizminin inkişafı və medianın peşəkarlığının artırılmasının dəstəklənməsinə üstünlük verir.

    Dövlətimiz, medianın müstəqilliyini qorumaqla və ona hörmət etməklə medianın inkişafı üçün müxtəlif proqramlar həyata keçirir. Dövlətimiz tərəfindən atılan bu cür addımlar, birmənalı şəkildə, cəmiyyətimizin savadlılıq və məlumatlılıq səviyyəsini yüksəldir. Və bunlar eləcə də, xüsusən xaricdən qaynaqlanan təbliğat və dezinformasiyaya qarşı effektiv vasitədir.

    Bəlkə də, gələcəkdə, dünyada yeni, həqiqətən ədalətli və effektiv informasiya məkanının yaradılması dövlətlərarası sülhün gücləndirilməsinə töhfə verəcəkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR