Azərbaycanda zəlzələ olub.
AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Azadmedia.az a bildirilib ki, Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 17:45-də Qobustan stansiyasından 20 km cənub-şərqdə Qobustan rayonunda qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Zəlzələnin maqnitudası 3.5, dərinliyi 44 km olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.