Azərbaycanda zəlzələ oldu
Gədəbəy rayonu ərazisində zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 16:08-da Gədəbəy stansiyasından 42 km cənubda - Gədəbəy ərazisində zəlzələ qeydə alınıb.
Maqnitudası 3.3, dərinliyi 9 km olan yeraltı təkan hiss olunmayıb.