AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hərbi prokuror ölkədə baş verən cinayətlərdən danışdı

  • + A
  • - A
  • 30-04-2021, 18:48


    Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda kollegiya iclası keçirilib.

    Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Vətən müharibəsindən, qazandığımız möhtəşəm qələbədən bəhs etməklə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən danışıb.

    Ədliyyə general-leytenantı Xanlar Vəliyev, həmçinin vurğulayıb ki, ölkəmizin hərtərəfli inkişaf edərək daha da qüdrətlənməsində və qazanılan ardıcıl uğurlarda, eləcə də dövlətimizin beynəlxalq əlaqələrinin genişləndirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın hərtərəfli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.

    Hərbi prokuror Xanlar Vəliyev xüsusi vurğulayıb ki, 2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınmış cinayətlər ümumilikdə 36,1%, hərbi xidmət əleyhinə olan cinayətlər 47,6%, qeyri hərbi cinayətlər isə 18,6% azalıb. Eləcə də, qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 30%; qəsdən adam öldürməyə cəhd cinayətləri 71,4% və baş vermiş özünü öldürməyə cəhd hadisələri 60% azalıb.

    Sonda vurğulanıb ki, cinayət hadisələrinin, o cümlədən bu qəbildən olan cinayətlərin qarşısının alınması istiqamətində Hərbi Prokurorluğun aidiyyəti qurumlarla birgə fəaliyyəti uğurla davam etdiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR