Erməni əsilli tanınmış rusiyalı jurnalist, Paşinyan hökumətinin tənqidçisi Aram Qabrelyanov Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində “Ermənistan” blokunun lideri Robert Koçaryanın qalib gəldiyini açıqlayıb.
Azadmedia.az-ın məlumatına görə, bu barədə o, teleqram kanalında bildirib. Qabrelyanov “exit-poll”un Rusiya xidmətinin nəticələrinə istinad edib.
“Ermənistan bloku – 41%, Vətəndaş müqaviləsi-21%, Çiçəklənən Ermənistan-10%, Şərəf duyuram-7%”, - Aram Qabrelyanov yazıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.