AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb

  • + A
  • - A
  • Dünən, 16:00

    Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb

    Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez ABŞ-la bağlanan və 25 il müddətinə nəzərdə tutulan neft sazişi barədə məlumat verib.

    Delsi Rodrigez bildirib ki, saziş 17 strateji yatağı əhatə edir və neft hasilatının sutkada 1,5 milyon bareli keçməsini nəzərdə tutur.

    Neftin bir barelinin qiyməti təxminən 65 dollar olduğu halda, Venesuela hər bareldən təxminən 19 dollar gəlir əldə etməyi planlaşdırır. Dövlətin ümumi gəlirlərinin 209 milyard dollardan çox olacağı qiymətləndirilir.

    Saziş həmçinin 16 faiz həcmində royalti və yataqlarda fəaliyyət göstərən şirkətlərin mənfəətinə 34 faiz vergi tətbiq edilməsini nəzərdə tutur.

    Venesuela neft ehtiyatlarını, mövcud infrastrukturu və işçi qüvvəsini, ABŞ tərəfi isə kapital və texnologiyanı təqdim edəcək.

    Qeyd edilib ki, investisiyalar yeni iş yerlərinin yaradılmasına, infrastrukturun inkişafına və sanksiyalar nəticəsində ciddi zərər görmüş neft sənayesinin bərpasına imkan verəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR