AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Özümü parlamentdə təsəvvür etmirəm” - Koçaryan

  • + A
  • - A
  • 22-06-2021, 13:09


    Robert Koçaryanın liderlik etdiyi “Hayastan” (“Ermənistan”) bloku hələ deputat mandatlarını qəbul edib-etməyəcəyi ilə bağlı qəti qərar verməyib.

    Koçaryan bu barədə bu gün keçirdiyi mətbuat konfransında açıqlama verib.

    Onun sözlərinə görə, hazırda bu mövzuda bir çox müzakirələr aparılır: “Blokda hələ bu mövzuda qəti qərarımız yoxdur”.

    Bundan əlavə, eks-Prezident özünü parlamentdə görmədiyini bildirib: “Mən qanunverici orqandan daha çox icraedici hakimiyyət adamıyam. Buna görə də özümü Milli Məclisdə təsəvvür etmirəm. Lakin son qərar hələ verilməyib”.

    Bununla belə Koçaryan parlament və küçə mübarizələrini davam etdirmək niyyətində olduqlarını qeyd edib: “Bəli, mübarizəmizi davam etdirmək üçün çox ciddi yeni imkanlar əldə etdiyimizə inanıram”.

    Seçki qərargahının Konstitusiya Məhkəməsinə müraciət etmək üçün pozuntularla bağlı materiallar topladığını söyləyən Koçaryan nəticələrin onlar üçün gözlənilməz olduğunu deyib, belə ki, anketlərdə mənzərə bir qədər fərqli idi.

    “Kütləvi qanun pozuntuları olduğunu düşünürük, inzibati resursdan açıq şəkildə istifadə edildiyini gördük və bu səbəbdən Konstitusiya Məhkəməsinə müraciət edəcəyik. İndi qərargahlarımız bu materialları toplayır. Və çox güman ki, bir neçə gün ərzində nə baş verdiyini yaxşı başa düşəcəyik”, - deyə Koçaryan əlavə edib.

    Xatırladaq ki, Ermənistan MSK-nın məlumaına görə, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası 20 iyunda keçirilən növbədənkənar parlament seçkilərində qalib gəlib. O, seçicilərin 53,92 faizinin etimadını qazanıb. Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 21,04 faiz səslə ikinci olub.

    “Mənim şərəfim var” bloku 5,23 faiz, “Çiçəklənən Ermənistan” partiyası isə 3,96 faiz səslə uduzublar. “Aydınlanmış Ermənistan” – 1,22 faiz, Erməni Milli Konqresi – 1,54% faiz səslə sonuncu pillədə qərarlaşıblar.

    Ermənistandakı seçkilərdə 1 milyon 281 min 911 nəfər səs verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR