AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hərbi Prokurorluqda hərbi qulluqçular, qazilərlə görüş keçirilib

  • + A
  • - A
  • 22-06-2021, 21:40

    Hərbi Prokurorluqda hərbi qulluqçular, qazilərlə görüş keçirilib

    Silahlı Qüvvələr günü münasibətilə Hərbi Prokurorluğda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçuları, o cümlədən qazilər ilə görüş keçirilib.

    Respublika Hərbi Prokurorluğundan verilən məlumata görə, əvvəlcə iştirakçılar şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, bütün qazilərə şəfa diləyiblər.

    Tədbiri açıq elan edən Baş prokurorun müavini - Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev mərasim iştirakçılarını Silahlı Qüvvələr günü münasibətilə təbrik edərək onlara xoş arzularını bildirib.

    Hərbi prokuror qeyd edib ki, son illər Prezident, Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, arsenalı ən müasir silah-sursat, hərbi texnika və digər avadanlıqlarla bir qədər də zənginləşdirilib, həmçinin hərbçilərin sosial vəziyyəti davamlı yaxşılaşdırılıb, mənəvi-psixoloji hazırlıq səviyyəsi və döyüş əhval-ruhiyyəsi artırılıb, bir sözlə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb.

    Xanlar Vəliyev həmçinin qeyd edib ki, müharibə əlillərinin və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin prioritet istiqamətlərindən olmuş, bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılıb.

    Ardınca Vətən müharibəsində iştirak edən şəxslərə, o cümlədən qazilərə göstərilən diqqət və qayğıya görə Hərbi Prokurorluğun kollektivinə öz dərin minnətdarlığını bildirib.
    Sonda Vətən müharibəsində iştirak edən şəxslərə hədiyyələr təqdim edilib, Vətən müharibəsi iştirakçıları isə onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər. Ardınca çay süfrəsində səmimi söhbətlər aparılıb və Vətən müharibəsinin unudulmaz təəssüratları xatırlanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR