Bu gecə Avro-2020-nin qalibi müəyyənləşir.
AzadMedia.az xəbər verir ki, final matçında İtaliya və İngiltərə milliləri üz-üzə gəlib. Bakı vaxtı ilə 23:00-da başlayacaq matçı niderlandlı hakim Byörn Kuypers idarə edir.
11 iyul Avro-2020 Final 23:00.
İtaliya – İngiltərə
Baş hakim: Byörn Kuypers (Niderland) London.
“Uembli” stadionu
***
Futbol üzrə Avropa çempionatının final matçında üz-üzə gələcək İtaliya və İngiltərə yığmalarının start heyətləri açıqlanıb.
“Uembli” stadionunda keçiriləcək oyunda İtaliya millisinin heyətində meydana Canluici Donnarumma, Emerson, Ciorcio Kellini (k), Leonardo Bonuççi, Ciovanni Di Lorenzo, Jorcinyo, Marko Verratti, Nikolo Barella, Federiko Kiesa, Lorenso İnsiqne və Ciro İmmobile çıxıblar.
İngiltərə yığmasının start heyətində isə Cordan Pikford, Luk Şou, Harri Makuayr, Con Stons, Kayl Uolker, Kieran Trippier, Deklan Rays, Kalvin Filips, Meyson Maunt, Rahim Sterlinq və Harri Keyn (k) yer alıblar.
***
Avropa çempionatının final matçı başlayıb.
***
İngiltərə hesabı açdı. Lyuk Şou 3-cü dəqiqədə fərqləndi.
***
Matçın birinci yarısı bitdi. İngiltərə fasiləyə üstün yollandı.
***
Matçda ikinci hissə başladı
***
Leonardo Bonuççi 67-ci dəqiqədə hesbaı 1:1 edir.
***
Matçın əsas hissəsi 1:1 başa çatdı. Əlavə dəqiqələr oynanılacaq
***
Matçda ilk əlavə olunmuş 15 dəqiqə başladı
***
Əlavə olunmuş ikinci 15 dəqiqə başladı
***
İkinci əlavə olunmuş 15 dəqiqə də bitdi. Matçda penatilər seriyası olacaq.
***
İtaliya penaltilərdə 3:2 hesabı ilə qalib gələrək Avropa çempionu olur