Bu gün AÇ-2020-də yarımfinal mərhələsinə yekun vurulur. AzadMedia.az xəbər verir ki, ikinci yarımfinal qarşılaşması İngiltərə və Danimarka yığmaları arasında baş tutur.
Londondakı “Uembli” stadionunda keçirilən qarşılaşmanı Niderlanddan olan Danni Makkeli idarə edir.
Qeyd edək ki, digər yarımfinal görüşündə İtaliya millisi İspaniya üzərində qələbə (1:1, penaltilərlə 4:2) qazanıb və finaldakı rəqibini gözləyir.
AÇ-2020
Yarımfinal
7 iyul
23:00. İngiltərə - Danimarka - 1:1 (İkinci hissə)
Qol: Mikkel Damsqaard, 30 - Simon Kyaer (ö.q)
Baş hakim: Danni Makkeli (Niderland).
London. “Uembli” stadionu.
İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Lyuk Şou, 4. Deklan Rays, 5. Con Stounz, 6. Harri Maquayr, 9. Harri Keyn (k), 10. Rahim Sterlinq, 14. Kelvin Fillips, 19. Meyson Maunt, 25. Bukayo Saka.
Danimarka: 1. Kasper Şmeyxel, 3. Yannik Vesterqaard, 4. Simon Kyaer (k), 5. Yoakim Mehle, 6. Andreas Kristensen, 8. Tomas Dileyni, 9. Martin Breytveyt, 12. Kasper Dolberq, 14. Mikkel Damsqaard, 17. Yens Larsen, 23. Pyer-Emil Heyberq.
***
Oyun başladı.
***
30-cu dəqiqədə Mikkel Damsqaard cərimə zərbəsindən vurduğu qolla Danirmakanı hesabda önə keçirdir - 1:0.
***
39-cu dəqiqədə İngiltərə hesabı bərabərləşdirir. Simon Kyaer topu öz qapısına göndərir.
***
İlk hissə başa çatdı.
***
İkinci hissə başladı.
***
İngiltərə - Danimarka matçı əlavə vaxta getdi.
***
Əlavə edilmiş ilk hissə başladı.
***
Harri Keyn 104-cü dəqiqədə hesabı 2:1 edir
***
Əlavə olunmuş ilk hissə başa çatdı
***
Əlavə olunmuş ikinci hissə başladı
***
Matç bitdi və İngiltərə finala çıxdı. Qeyd edək ki, İngiltərə yığması tarixində ilk dəfə Avropa çempionatının finalına vəsiqə qazanır